Modern.az

Prezidentliyə 19 namizəd qeydə alındı

Prezidentliyə 19 namizəd qeydə alındı

20 Sentyabr 2018, 21:44

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) bu günə qədər 19 nəfərin prezidentliyə namizədliyini qeydiyyata alıb. Modern.az  “Report”a istinadən xəbər verir ki, bu barədə ali seçki qurumundan məlumat verilib.

Bildirilib ki, hazırda 6 namizədin qeydiyyatı ilə bağlı prosedur həyata keçirilir.

Qeydiyyat zamanı bir təşəbbüs qrupu və bir siyasi partiyaya sənədlərində mövcud problemlə bağlı prezident seçkilərində namizədlə iştirak etməsinə icazə verilməyib. Bundan başqa, 19 təşəbbüs qrupu MSK-ya imzaları təqdim etmədiyindən onların irəli sürdüyü namizədlərin qeydiyyatı məsələsinə baxılmayıb.

Gürcüstan MSK prezidentliyə namizədlərin qeydiyyat prosesinə sentyabrın 28-də yekun vuracaq.

Qeyd edək ki, qonşu ölkədə prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. MSK-ya seçkilərdə öz namizədi ilə iştirak etmək istəyən 20 siyasi partiya və 26 təşəbbüs qrupundan müraciət daxil olmuşdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir