Modern.az

Azərbaycanda 47 uşaq cinayət törətdiyi üçün axtarışdadır

Azərbaycanda 47 uşaq cinayət törətdiyi üçün axtarışdadır

20 Sentyabr 2018, 22:38

Azərbaycanda axtarışda olan cinayətkarların sayı artıb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, 2010-cu ildə Azərbaycanda 3663, 2015-ci ildə 3932, 2016-cı ildə 4463, 2017-ci ildə 5038 cinayətkar axtarışda olub.

 

Axtarışda olan cinayətkarların 47-si 14-17 yaşlı uşaqlar olub.

 

Ötən il axtarışda olanların 1603-ü dələduzluq, 718-si oğurluq, 147-si hərbi xidmət əleyhinə (onlardan 62-si fərarilik), 34-ü dövlət əleyhinə, 42-si banditizm, 103-ü qəsdən adam öldürmə və adam öldürməyə cəhd və s. ilə bağlı cinayət törədib.

 

Ötən il ərzində 914 nəfər itkin düşüb ki, onların 105-i 18 yaşadək uşaq olub. İtkin düşmüş uşaqların sayı ötən illərlə müqayisədə azalıb.

 

2016-cı ildə Azərbaycanda 129, 2015-ci ildə 116, 2010-cu ildə 137 uşaq itkin düşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir