Modern.az

“Qarabağ” səfərdə məğlub oldu - YENİLƏNİB

“Qarabağ” səfərdə məğlub oldu - YENİLƏNİB

Aktual

21 Sentyabr 2018, 00:57

"Qarabağ" "Sportinq" oyunu yekunlaşdı. Modern.az xəbər verir ki, oyunun 62-ci dəqiqəsində "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev zədələnərək meydanı tərk edib. Onun yerinə Abbas Hüseynov daxil olub. Bundan sonra Qurban Qurbanov daha iki dəyişiklik edib. Miçel Coşqun Diniyevin, Araz Abdullayev isə Zubirin yerinə oyuna daxil olub.

 

Oyunun 88-ci dəqiqəsində "Qarabağ" qapısında daha bir qol görüb. Bunla da oyun "Sportinq"in 2:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb.

 

00:12

 

Avropa Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” “Sportinq” oyununda hesab açılıb. Oyunun 54-cü dəqiqəsində “Sportinq” “Qarabağ”ın qapısına yol tapıb. Hazırda hesab 1:0 “Sportinq”in xeyrinədir.

 

23:02

 

Bu gün Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilir. Modern.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Qarabağ” da növbəti matçına çıxıb. Ağdam klubu Portuqaliyada yerli “Sportinq”lə üz-üzə gəlir.

Komandalar meydana aşağıdakı tərkibdə çıxıblar:

 

“Sportinq”: 19. Romen Salin, 4. Sebastyan Koates, 9. Markos Akuna, 13. Stefan Ristovski, 22. Jeremi Matye, 8. Bruno Fernandes,  86. Nemanya Qudel, 16. Rodriqo Battalya, 10. Fredi Montero, 17. Luis Nani (k), 21. Rafinya,

 

Ehtiyat oyunçular: 40. Renan Ribeyro, 6. Andre Pinto, 18. Karlos Mane, 23. Abdulay Diabi, 25. Radosav Petroviç, 76. Bruno Qaspar, 77. Covane Kabral.

 

“Qarabağ”: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye, 91. Coşqun Diniyev, 17. Abdulla Zubir, 19. Filip Ozobiç, 7. İnnosent Emeqara, 11. Mahir Mədətov,

 

Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 25. Ansi Aqolli,  30. Abbas Hüseynov, 8. Miçel, 9. Araz Abdullayev,  28. Con Delar

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı