Modern.az

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

20 Sentyabr 2018, 23:41

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti 80,69 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamı gününə olan göstəricidən 0,03 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 19-da 79,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,05 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 19-da 77,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,06 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 19-da 79,22 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,11 dollar/barel çoxdur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır