Modern.az

Telman İsmayılovun qardaşı oğluna 2 aylıq həbs verildi

Telman İsmayılovun qardaşı oğluna 2 aylıq həbs verildi

21 Sentyabr 2018, 00:26

Moskvanın Basmannı rayon məhkəməsi azərbaycanlı milyarder, keçmiş “Çerkizov” bazarının sabiq rəhbəri Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdavov barədə iki ay həbs qətimkan tədbiri seçib. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, rusiyalı müğənni Avraam Russonun oğurlanması və döyülməsində şübhəli bilinir.

 

Müstəntiq məhkəmədə bildirib ki, Mərdanovun cinayət hadisəsi ilə əlaqəsi toplanmış dəlillər, şahidlərin ifadəsi və ekspertiza rəyinə əsasən təsdiqlənib.

 

Onun sözlərinə görə, əslən Bakıdan olan, Rusiya vətəndaşı Zaur Mərdanov günahını boynuna almayıb: “Mən heç bir cinayət törətməmişəm, buna etiraz edirəm. Avraam Russo 14 il keçəndən sonra ayılıb? Bəs indiyə qədər harada idi?”.

 

“Praqa” restoranının keçmiş baş direktoru Z. Mərdanovun vəkilləri isə ittihamları qanunsuz və əsassız hesab etdiklərini bildiriblər.

 

Qeyd edək ki, ötən gün məhkəmə T. İsmayılovun sürücüsü Vladimir Qusakovu da 2 ay müddətinə azadlıqdan məhrum edib.

 

Xatırladaq ki, Avraam Russo bir neçə gün öncə hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, onu 2004-cü ildə biznesmen Telman İsmayılovun sifarişinə əsasən oğurlayıb və döyüblər. İstintaq Komitəsi sentyabrın 17-də Russonun döyülməsi və oğurlanması ilə bağlı cinayət işinə başlayıb. Elə həmin gün bu işdə şübhəli bilinənlərdən biri- Zaur Mərdanov saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir