Modern.az

Şəkidə sahibsiz it 6 yaşlı qızın üzünü dişlədi

Şəkidə sahibsiz it 6 yaşlı qızın üzünü dişlədi

21 Sentyabr 2018, 00:37

Şəki rayonunda itqapma hadisəsi baş verib. Modern.az xəbər verir ki, rayonun Kiş kəndində 2012-ci il təvəllüdlü yerli sakin Kərimova Ləman Şamxal qızı anası ilə yolla gedərkən sahibsiz itin hucumuna məruz qalıb.

 

İt 6 yaşlı Ləmanın sol üzündən dişləyərək qaçıb. Uşaq valideynlərinin köməkliyi ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

 

Şəki Mərkəzi Rayon Xəstəxanasından “Report”a bildirilib ki, L.Kərimovaya lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir