Modern.az

Tramp azərbaycanlı gənci ABŞ-ın “qara siyahı”sına saldı

Tramp azərbaycanlı gənci ABŞ-ın “qara siyahı”sına saldı

21 Sentyabr 2018, 11:29

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib. Modern.az xəbər verir ki, Rusiya kəşfiyyatı və hərbi-müdafiə sənayesi ilə bağlı olan 27 Rusiya vətəndaşı və 6 şirkətin adı “qara siyahı”ya salınıb.

 

Onlar arasında Azərbaycan mənşəli Ceyhun Nəsimi oğlu Aslanovun adı da var. O, ABŞ-da 2016-cı ildə prezident seçkiləri zamanı sosial şəbəkələrdə “troll fabriki” yaratmaqda ittiham olunur. Onunla birlikdə siyahıya daha 12 nəfərin adı daxil edilib.


Ceyhun Aslanovun ABŞ-dakı bank hesabları dondurulacaq. Onun bu ölkəyə viza alması və yerli şirkətlərlə hər hansı biznes, yaxud şəxsi münasibətlər qurması da qadağan ediləcək.

 

28 yaşlı Ceyhun Aslanovun 2000-ci illərin sonlarında İrkutskdan Sankt-Peterburqa gəldiyi və Hirdometeorologiya Universitetində təhsil aldığı məlumdur. Onun sonradan menecer kimi özəl şirkətlərdən birində çalışdığı xəbər verilir.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər