16 oktyabr 2018, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Günəşi Təbriz, günlüyü Şuşa qalası - Nurəngiz Gün
Günəşi Təbriz, günlüyü Şuşa qalası - Nurəngiz Gün
21.09.2018, 11:30

Tale ona hər şeydən pay vermişdi: İlahi eşqdən, sonsuz, hüdudları məlum olmayan sevgidən, zahiri və batini gözəllikdən. Bu qadın hissləri, duyğuları ilə yeri yerindən, göyü göyündən oynadan qüdrət sahibi idi. Səbəbi bir idi: ulu Tanrı onu dünyanın təməli Sözlə müjdələmişdi. Bələyi, kəfəni, teli, duvağı da Sözlə süslənmişdi. Səsinin biçimi, ərzi-halı da başqa biçimdə idi. Səhradakı ilğıma bənzəri vardı. Onunla dərdləşmək o yana, onun misraları ilə baş-başa qalmaq bəs edirdi ki, Ümid Ağacın, Sevgi Ağacın İşığa dönsün. İmrəli Yunusun dili ilə desək, “Bir məni vardı, məndən içəri”. O, içəridəki “Mən”i ilə yaşadı. Onu oxşadı, ona da oxşadı. Hansı vəzifədə olmasından, hansı işin başında durmasından asılı olmayaraq, o, başqa idi: libası, havası, davası da Söz idi. O, Nurəngiz Gün idi...

Ərdəbildən Bakıya gələn köçdən qalmışdı. Savalanın ətəyindən qopmuşdu. Ala gözlü Xəzərin yaxasında ətəyini Su pərisi yumuşdu. Fərhadın Şirinin eşqinə çapdığı Bisitun dağının ucalığından, ucadan uca sevgidən Atəşgahda od çatmışdı. Ada, mükafata çatmışdı. Başı qırx incəbelli Burla xatun kimi qüruruna doğranmışdı. Əymişdi, əyilməmişdi. Sınmışdı, dəniz kimi içinə çəkilmişdi. Qabarıb tufan qoparmışdı. Qaba Ağac sevgisini TURAN sevdasını, İlahi eşqini zərrə-zərrə, damla-damla ürəklərə, könüllərə səpmişdi. Qılıncı qında pas atan, atının baxtı yatan, yatdıqca yanı yağır, özü fağır olan Türkün səsinə, ününə dönmüşdü. “Əsrin son yuxusu”ndan, “Ağ qanadlar”dan, “Salamat ol, Ağca yol”dan, “Quzey Kıbrıs rüzgarı”ndan, “Qar romanı”ndan, “Xocalı simfoniyası”ndan, “Əbədi və əsrarəngiz”dən, “Ən hündür çiçək dənəsi və qar quyu”dan, “Qırmızı gecə” lərdən ədəbiyyatın ən ciddi janrlarına abidə qoymuşdu. Tanrının Qələm və Kəlam müqəddəsliyi ilə müjdələndiyini sevənlərinə, sevdiklərinə göstərmiş, kölgəsinə çevrilənlərə görk olmuşdu.

Bir dünya işıq, yaraşıq olan bu qadın sənətdə xan, könüllərdə sultan olduğunu Azərbaycan Televiziyasında “Səadət”, “Klassik irsimizdən”, “Poeziya buketi, nəğmə çələngi” kimi hadisəyə çevrilən verilişləri, səsinin məlahəti, yalnız ona, özünə xas intonasiyası ilə seçilən proqramları ilə sübuta yetirmişdi. O, qənirsiz gözəl idi. Onu tanıyanlar bilir. Tanımayanlar rəsmlərindən boylanan dolu gözlərdə, şəhanə baxışlarda Təbrizdən Dərbəndə, Borçalıdan Anadoluya haray çəkən, doğrandıqca doğranan, budandıqca budanan, alma kimi dilimlənsə də, şəhdi-şəkərini, bütövlük sevdasını, Azadlıq, İstiqlal nidasını qəlbindəki beşikdə yırğalayan, üzünü qılınca söykəyən, qibləsi Təbriz, haləsi İstanbul, naləsi Türküstan olan, Altaylardan Anadoluya rüzgarların mehi, çəmənlərin şehi kimi boylanan Türkün vüqarını görür.

Tomrisin cəsarəti, Nüşabənin müdrikliyi, Tutu Bikənin məhəbbəti, Möminə xatunun mərhəməti, Bəyim xanımın həsrəti, Sara xatunun məharəti onu 60-cılar ədəbi nəslinin öndə gedənlərindən birinə çevirdi. Kim nə deyir desin, milli mənlik, milli kimlik uğrunda mücadilədə, əbədi istiqlalımızın əldə edilməsində Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı kimi istiqlal fədailərinin sırasında Nurəngiz Gün poeziyasının ayrıca yeri, məqamı var:

                             

                                       Səni

ta

qədimdən tanıyıram.

Vətən!

Səni

qədəmindən tanıyıram.

Daş-torpağın bəlli mənə.

Göylərin təsəlli mənə.

Ömür yolun nə göynəmli!

İtib getmiş

       bir qarışına da

          göynəməli.

 

Döyüşlərdə

          qalxan tutan,

          qılıncı çəkən,

yadlarına

          qan udduran,

          toy tutduran

uluların.

                                       Bu gün çimirsiz gecələrindən

                                                 boylandılar.

                                       Kişilik! Mərdlik

                                               dəbilqəsindən

                                               mis rənginə

                                               boyandılar...

Bu, Vətəninə aşiq bir şairin, gerçək şairin – Nizami, Xaqani, Nəsimi, Füzuli, Yunis İmrə, Səməd Vurğun, Şəhriyar, Bəxtiyar kimi Sözün dəyərini və qədərini artıran, sözü vətənə səngər, sipər edən, İlahi eşqin şamına pərvanə olan ərənlərin, ərlərin sırasında dayanan günü, günlüyü Vətən olan Nurəngiz Günün qəlb çırpıntısı, könül pıçıltısıdı.

Təbriz üstü miyana,

Gül sünbülə boyana.

Oxu, bülbülüm oxu,

Bəlkə yarım oyana.

            ***

O yana döndər məni,

Bu yana döndər məni.

Ürəyim yaralıdır,

Təbrizə göndər məni.

- deyən nənələrimizdən, qundağını Təbrizdə, Ərdəbildə bələyən, Bakıda, Gəncədə, Borçalıda, Dərbəndə, Zəngəzurda, İrəvanda, Göyçədə, Qarabağda köçə karvan, kədərə, hicrana, Vətəndə Vətənsizliyə sarvan olan, nigaran ruhları Ağabəyim Ağanın “Tehran cənnətə dönsə, yaddan çıxmaz Qarabağ” deyən Şəhidlərin, şəhid analarının harayından, dağılan, viran olan sarayından sarayı, söz mülkü, xanimanı var Nurəngiz Günün. Yoxsa sevdiyinə, sevdasının nübarına Jaləm deməzdi ki...

Sentyabrın 21-i onun ruhunu cisminə geyib Yer üzünə endiyi, daha doğrusu endirildiyi gündü. Adamların çox zaman incitdiyi, unutduğu, haqqına asi çıxdığı bu İnsan İlahinin seçdiklərindən idi. Beşiyinin başında Dədəm Qorqud “Boy boylayıb, soy soylamışdı”. Adını şair qoymuşdu. Nəfəsini nəfəsinə, səsini səsinə qatmışdı. “Adını mən verdim, baxtını Tanrı versin” demişdi. Badəsini Xızır İlyasdan almışdı. Xirqəsini Göydə mələklər, suda pərilər biçmişdi. Hüseyn Cavidə, Nəriman Nərimanova arkadaş, sirdaş olduğuna, milli kimlik uğrunda mücadilədə I Cahan savaşında, Rusiya-Türkiyə müharibəsində, Çanaqqala, Sarıqamış hadisələrində, 1918-ci ilin Bakı qırğınlarında yaralanan, Nargin adasında sürgün əzabı çəkən Türk əsgərlərinə dəstəyinə görə Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Əliağa Şıxlinski, Şeyxülislam Ağa Əlizadə, Əli bəy Hüseynzadə, Mirəsədulla Mirqasımov, Nəriman Nərimanov kimi “Pantürkist” damğası vurularaq, 1937-ci ildə qanına qəltan olan, zamanın məşhur həkimi və ictimai xadimi ana babası Mirzə Ələkbər əfəndi Hacızadənin, Qafqaz qartalı Şeyx Şamil kimi Çar Rusiyasının aşına zəhər qatan, 1918-ci ildə rus generalı tərəfindən qətlə yetirilən ata babası Bəşir bəy Qulubəyovun ruhunu cisminə geymişdi. Ərdəbildən, Təbrizdən Bakıya pənah gətirən Buzovna, Maştağa bəylərinin cəsarətini, mərhəmətini, qeyrətini əyninə geymişdi. Sözün səngərində dayanmışdı. Qılıncın Qələmlə əvəz olunduğu XX yüz ildə sözdən çələng toxumuşdu. 1946-cı ildə Şah rejiminə qarşı çıxan dayısı oğlu Ağa Səlim Hacızadə, hansı ki, Cənubi Azərbaycan Demokratik Firqəsinin tərkibində Azərbaycana pənah gətirmişdi, sonra da “100 demokrat – 100 ən qatı Sovet düşməni” kimi Sibirə sürgün edilmişdi. Onun kimi zamanının tənəsini görmüşdü.

İndi ruhu ilə dərdləşib yazdıqlarına, yaratdıqlarına, miras qoyduqlarına görə minnət duyğusu ilə andığım Nurəngiz Günün bir dayısı oğlu da var: Biz bir millət olaraq, elə dəyərə sahibik ki, əmi, dayı, xala, bibi uşaqları da bizim üçün qardaş, bacı yarısıdır. Gün xanımın Mirzə Ələkbər əfəndidən bir qardaşı da var. Cismi Təbrizdə, ruhu rənglər dünyasının rəngli göz yaşına çevrilib göy qurşağına dönən Ağa Kərim Hacızadə bütün həyatını Azərbaycanın bütövlüyü uğrunda mücadiləyə həsr edib. Əsərləri Avropanın ünlü salonlarını bəzəyən rəssamın vardığı kürsüləri sonralar Nurəngiz Gün söz çələngi ilə süslədi. 1992-ci ildə Türksoyun ilk qurultayında Azərbaycanın ilk və yeganə təmsilçisi olaraq Ankaraya varması əslində Naxçıvanda ulu öndərimiz Heydər Əliyevlə Türkiyənin o zamankı cumhurbaşqanıSüleyman Dəmrəlin xeyir-duası ilə qurulan, tarixə Ümid Körpüsü kimi qovuşan Sədərək körpüsünün açılışı kimi Birlik-Bütövlük adına atılan müqəddəs təməl, möhtəşəm addım, Səmihə Ayverdidən, Əzizə Cəfərzadədən sonra TURAN eşqinə çalınan zəfər idi. Biz onu bir də 16 il sonra Bakının işğaldan azad olunması şərəfinə qurulan əsrə bərabər yüzilliyin şölənində anlayacaqdıq. Hərbi Paradda – Nuru Paşanın və mücahidlərinin eşqinə səslənən türkülərdə “Bir millət, iki dövlət” deyən iki ölkənin Liderlərinin şəhanə duruşunda, Səmanın yaxasında cızdığı “Bir ürəkdə iki can, Türkiyə - Azərbaycan” deyən Şahinlərin, Vətən eşqinə tişəni qan etdiyi məqamda yaşayacaqdıq.

Cəsarəti, məhəbbəti, Vətənə sədaqəti, səmimiyyəti ilə könüllərdə yeri qalan, Səmaya sərilən hilallı, ulduzlu bayrağı ilə düşmənindən öc alan, Xocalı deyə-deyə vaxtsız qocalan:

Biz dünyadan gedər olduq,

Qalanlara salam olsun.

Bizim üçün xeyir-dua,

Qılanlara salam olsun

– nidası ilə hələ neçə-neçə 80-ləri aşıracaq Nurəngiz Günə - Günəşi Təbriz, Günlüyün Savalan dağı, Şuşa qalası diləyi ilə yazıya nöqtə qoymaq istədim. Üç nöqtə alındı. Sevdanın sonu olmur ki...


Şərəf Cəlilli


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Filosof Niyazi Mehdi: “Ateistlər də, xristianlar da gic-gic danışırlar” - MÜSAHİBƏ
16.10.2018, 14:44

Filosof Niyazi Mehdi: “Ateistlər də, xristianlar da gic-gic danışırlar” - MÜSAHİBƏ

İcazəsiz balıq ovlayan şəxs saxlanıldı
16.10.2018, 14:34

İcazəsiz balıq ovlayan şəxs saxlanıldı

Ermənistanda 3 yeni qubernator təyin olundu
16.10.2018, 14:26

Ermənistanda 3 yeni qubernator təyin olundu

Parlament uşaqlarla bağlı qanun layihəsini ikinci oxunuşda qəbul etdi
16.10.2018, 14:17

Parlament uşaqlarla bağlı qanun layihəsini ikinci oxunuşda qəbul etdi

Qərəzli mövqedən əl çəkin!
16.10.2018, 14:11

Qərəzli mövqedən əl çəkin!

“Yaxşı ki, Heydər Əliyevi hakimiyyətə gətirməyə nail olduq” – Südeyf İmamverdiyev
16.10.2018, 14:05

“Yaxşı ki, Heydər Əliyevi hakimiyyətə gətirməyə nail olduq” – Südeyf İmamverdiyev

Ermənistanda qalmaqallı səs yazısını aparanlar tutuldu
16.10.2018, 14:03

Ermənistanda qalmaqallı səs yazısını aparanlar tutuldu

Amaşovdan TƏKLİF: “Bu qanun layihəsinə dini xurafat anlayışı əlavə edilsin”
16.10.2018, 13:59

Amaşovdan TƏKLİF: “Bu qanun layihəsinə dini xurafat anlayışı əlavə edilsin”

Rusiyadan Azərbaycana balıq konservlərinin tədarükü dayandırıldı 
16.10.2018, 13:53

Rusiyadan Azərbaycana balıq konservlərinin tədarükü dayandırıldı 

“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas
16.10.2018, 13:48

“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas

Bakıda 16 dilənçi saxlanılıb
16.10.2018, 13:42

Bakıda 16 dilənçi saxlanılıb

Meriyadan AÇIQLAMA: “Sürüşmə zonasındakı evlər 90-cı illərdə tikilib”   
16.10.2018, 13:36

Meriyadan AÇIQLAMA: “Sürüşmə zonasındakı evlər 90-cı illərdə tikilib”  

Spiker deputatlara xəbərdarlıq etdi: “O kofe, çay yerini bağlamalı olacağıq”
16.10.2018, 13:32

Spiker deputatlara xəbərdarlıq etdi: “O kofe, çay yerini bağlamalı olacağıq”

MSK üzvlərinə diplomatik pasportlar verilə bilər
16.10.2018, 13:20

MSK üzvlərinə diplomatik pasportlar verilə bilər

Hakimə fiziki təsir göstərən məşqçiyə bir illik cəza verildi
16.10.2018, 13:13

Hakimə fiziki təsir göstərən məşqçiyə bir illik cəza verildi

“Deputatlar bu təklifə cavab tapa bilmədi” – Komitə sədri
16.10.2018, 13:06

“Deputatlar bu təklifə cavab tapa bilmədi” – Komitə sədri

Şəkidə 50 hektar sahəni yandıran şəxs saxlanılıb
16.10.2018, 13:02

Şəkidə 50 hektar sahəni yandıran şəxs saxlanılıb

Deputat şəhid ailələrinə görə “Azərsığorta”nı İTTİHAM ETDİ
16.10.2018, 12:56

Deputat şəhid ailələrinə görə “Azərsığorta”nı İTTİHAM ETDİ

Sabah hava necə olacaq? - PROQNOZ
16.10.2018, 12:56

Sabah hava necə olacaq? - PROQNOZ

“Haqqı olanlar kənarda qalıb” - Siyavuş Novruzovdan veteranlara DƏSTƏK
16.10.2018, 12:52

“Haqqı olanlar kənarda qalıb” - Siyavuş Novruzovdan veteranlara DƏSTƏK

Oqtay Əsədov 11 minlik ödənişi ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verdi
16.10.2018, 12:49

Oqtay Əsədov 11 minlik ödənişi ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verdi

Tramp Paşinyanla görüşəcək
16.10.2018, 12:46

Tramp Paşinyanla görüşəcək

“Səfər Əbiyev bizi vecinə də almadı” - Aqil Abbas
16.10.2018, 12:43

“Səfər Əbiyev bizi vecinə də almadı” - Aqil Abbas

Fazil Mustafa şəhid ailələrinin problemini qaldırdı - 11 minlik ÖDƏNİŞ
16.10.2018, 12:31

Fazil Mustafa şəhid ailələrinin problemini qaldırdı - 11 minlik ÖDƏNİŞ

Azərbaycanlı müəllim Polşa Universitetində seminar keçdi
16.10.2018, 12:25

Azərbaycanlı müəllim Polşa Universitetində seminar keçdi

Nazirlikdən həyəcan təbili: “Sürüşmənin təsiri yaşayış evlərinə tərəf artıb”
16.10.2018, 12:20

Nazirlikdən həyəcan təbili: “Sürüşmənin təsiri yaşayış evlərinə tərəf artıb”

Cəbhədə monitorinq keçirilib
16.10.2018, 12:13

Cəbhədə monitorinq keçirilib

Milli Məclisin iclası başladı
16.10.2018, 12:09

Milli Məclisin iclası başladı

Bakı Ali Neft Məktəbində Rasim Balayevin yubleyini qeyd etdi
16.10.2018, 12:03

Bakı Ali Neft Məktəbində Rasim Balayevin yubleyini qeyd etdi

Hacıbala Abutalıbov: “Əgər sürüşmə zonasındakı torpaqları mən satmışamsa...” - EKSKLÜZİV
16.10.2018, 11:56

Hacıbala Abutalıbov: “Əgər sürüşmə zonasındakı torpaqları mən satmışamsa...” - EKSKLÜZİV

Dövlət katibi itən jurnalistə görə Səudiyyə Ərəbistanına gəlib
16.10.2018, 11:54

Dövlət katibi itən jurnalistə görə Səudiyyə Ərəbistanına gəlib

Bakı metrosunda faciə: Sərnişin ÖLDÜ
16.10.2018, 11:44

Bakı metrosunda faciə: Sərnişin ÖLDÜ

Ermənistanda Türkiyə vətəndaşı saxlanıldı
16.10.2018, 11:37

Ermənistanda Türkiyə vətəndaşı saxlanıldı

Tramp-Kim Çen In görüşünün vaxtı və yeri AÇIQLANDI
16.10.2018, 11:31

Tramp-Kim Çen In görüşünün vaxtı və yeri AÇIQLANDI

Səbuhi Məmmədli bu gün Kiyevə yola düşür - Təcili əməliyyat olunacaq   
16.10.2018, 11:30

Səbuhi Məmmədli bu gün Kiyevə yola düşür - Təcili əməliyyat olunacaq  

Yeni xəbər kanalının yayıma başlayacağı tarix AÇIQLANDI
16.10.2018, 11:28

Yeni xəbər kanalının yayıma başlayacağı tarix AÇIQLANDI

İcazəsiz ov etmək istədi, 1000 manat cərimələndi
16.10.2018, 11:27

İcazəsiz ov etmək istədi, 1000 manat cərimələndi

Bakıda soyğunçuluq edən saxlanıldı
16.10.2018, 11:21

Bakıda soyğunçuluq edən saxlanıldı

“Etimad Əsədov xəstəliyini 3-4 ay əvvəl bildi, İrana da getdi, amma səhhəti düzəlmədi” - Qazinin dostu
16.10.2018, 11:16

“Etimad Əsədov xəstəliyini 3-4 ay əvvəl bildi, İrana da getdi, amma səhhəti düzəlmədi” - Qazinin dostu

Zakir Həsənov sabah Çexiyaya gedir
16.10.2018, 11:13

Zakir Həsənov sabah Çexiyaya gedir

Bakıda I sinifdə oxuyanların 7306 nəfəri 6 yaşı tamam olmayan uşaqlardır
16.10.2018, 11:10

Bakıda I sinifdə oxuyanların 7306 nəfəri 6 yaşı tamam olmayan uşaqlardır

Ağsuda zəlzələ oldu
16.10.2018, 11:08

Ağsuda zəlzələ oldu

Axtarışda olan 37 nəfər saxlanıldı
16.10.2018, 11:03

Axtarışda olan 37 nəfər saxlanıldı

Gömrükçülər 8 mobil telefon müsadirə etdilər 
16.10.2018, 11:01

Gömrükçülər 8 mobil telefon müsadirə etdilər 

Azərbaycanda neft gəlirləri AÇIQLANDI
16.10.2018, 11:00

Azərbaycanda neft gəlirləri AÇIQLANDI

“Propolis cövhəri qəbul edən insan heç vaxt xərçəng xəstəliyinə tutulmaz” - ARIÇI
16.10.2018, 10:51

“Propolis cövhəri qəbul edən insan heç vaxt xərçəng xəstəliyinə tutulmaz” - ARIÇI

Müddətli müqavilə ilə işə qəbul olan müəllimlərin sayı açıqlandı
16.10.2018, 10:44

Müddətli müqavilə ilə işə qəbul olan müəllimlərin sayı açıqlandı

Həbib Makqreqorla revanş döyüşündən imtina etdi
16.10.2018, 10:34

Həbib Makqreqorla revanş döyüşündən imtina etdi

Bakıda daha bir avtobus qəzası - ÖLƏN VAR
16.10.2018, 10:29

Bakıda daha bir avtobus qəzası - ÖLƏN VAR

Türkiyəli müstəntiqlər Haşkacının öldürüldüyü yerdə olublar
16.10.2018, 10:25

Türkiyəli müstəntiqlər Haşkacının öldürüldüyü yerdə olublar

ARXİV