Modern.az

Yol qəzasında 15 nəfər öldü

Yol qəzasında 15 nəfər öldü

21 Sentyabr 2018, 11:42

Əfqanıstanın qərbində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 15 nəfər həlak olub, 33 nəfər isə yaralanıb.

Bu haqda Modern.az xarici KİV-ə istinadən xəbər verir. 

Hadisə bu gün səhər tezdən Fərah əyalətinin Balabluk rayonunda qeydə alınıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Fərah vilayətindən Kabil istiqamətində hərəkət edən avtobus yük avtomobili ilə toqquşub. Xəstəxanalara yerləşdirilən yaralıların bəziləri ağır vəziyyətdədir.

Qeyd edək ki, yol örtüyünün vəziyyətinin pis olması və sürücülərin intizamsızlığı Əfqanıstanda tez-tez ciddi yol-nəqliyyat hadisələri ilə müşayiət edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi