Modern.az

Yüksək balla tələbə ola bilməyənlərlə bağlı Məleykə Abbaszadədən AÇIQLAMA

Yüksək balla tələbə ola bilməyənlərlə bağlı Məleykə Abbaszadədən AÇIQLAMA

Aktual

21 Sentyabr 2018, 11:59

"Abituriyent Əsgəri İbrahimin valideynləri yay qəbul imtahanında övladlarının yüksək bal toplayıb da universitetə daxil olmaması ilə bağlı məhkəməyə müraciət etməyib".

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, həmin iddia tamamilə qondarma olub: "Valideynlər Mərkəzin binasında mənim iştirakımla keçirilən mətbuat konfransında narazı qaldıqları üçün məhkəməyə müraciət edəcəklərini bildirmişdilər. Biz də bunu gözləyirdik, lakin onlar heç nə etmədilər. Çünki bu, yalan məlumat idi. Təəssüf ki, bəzi şəxslər bu prosesdən özlərini reklam etmək üçün istifadə edirlər".

M.Abbaszadə mediaya müraciət edərək bildirib ki, hansısa məlumatın araşdırılması üçün birbaşa DİM-ə müraciət etmək olar: "Eyni zamanda, müraciəti Mərkəzin sosial şəbəkələrdəki səhifələrinə də etmək olar. Biz hər zaman rəsmi mövqeyimizi bildiririk".

Qeyd edək ki, abituriyent yaz imtahanında 410, yay imtahanında isə 451 bal toplayıb. O, aşağı bal topladığı üçün müsabiqədən keçməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür