Modern.az

Putinlə Tramp Makreqor-Həbib döyüşünə dəvət olundu

Putinlə Tramp Makreqor-Həbib döyüşünə dəvət olundu

Aktual

21 Sentyabr 2018, 14:06

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin  MMA döyüşçüləri Konor Makreqor və Həbib Nurməhəmmədovun qarşılaşmasına gələ bilər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, UFC-nin prezidenti Dana Uayt hər  iki prezidenti irlandiyalı Konor Makreqor və rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun döyüşünə çağırdığını bildirib.

Döyüş oktyabrın 6-da Las Veqasda keçiriləcəyi bildirilir.

Uayt prezidentlərin yəqin ki gəlməyəcəklərini də qeyd edib.

Bunu onunla əlaqələndirib ki, prezidentlərin təhlükəsizlik xidmətləri üçün problem yarana bilər.

Qeyd edək ki, UFC-nin prezidenti Donald Trampla çox yaxındır və hətta onun seçki kampaniyasında da iştirak edib.

Döyüş oktyabrın 6-da Las Veqasda keçiriləcəyi bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır