Modern.az

Leninlə Hitler mer seçkilərində yarışır - MARAQLI

Leninlə Hitler mer seçkilərində yarışır - MARAQLI

21 Sentyabr 2018, 14:21

Lenin və Hitler şəhər meri seçkilərində mübarizə aparırlar.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Perunun Yunqar şəhərinin meri uğrunda mübarizədə Hitler Alba Sançes və Lenin Vladimir Rodriqes Valverde adlı namizədlər iştirak edir.

 

Hitler öz namizədliyini irəli sürdüyü zaman bu Lenini narahat edib və o da öz namizədliyini irəli sürüb.

“Mən yaxşı Hitlerəm” – Alba Sançes bildirib.

 

Onun sözlərinə görə siyasi rəqibləri heç bir zaman onu adına görə təhqir etməkdən imtina etməyiblər.

Qeyd edək ki, Hitler Alba Sançes 2011-2014-cü illərdə Yunqar şəhərinin artıq meri olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub