Modern.az

Əsgər anaları Paşinyandan narazı qaldılar

Əsgər anaları Paşinyandan narazı qaldılar

21 Sentyabr 2018, 14:31

Ermənistanda qeyd edilən müstəqillik günü ilə bağlı Nikol Paşinyan və hökumət üzvləri “Yerevandakı “Yerablur” hərbi panteonunu ziyarət ediblər.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, övladları müharibə vaxtı itkin düşmüş erməni anaları Paşinyanın mərasim zamanı onlara diqqət ayırmamasından narazı qalıblar.

 

“Bu gün 1000 itkin düşmüş var və onların dəfn edilməyib. Ölənlərin heç olması qəbri var. Siz gəlib keçdiniz amma bizə heç baxmadınız. Halbuki nəvələrimiz sizə şeir oxumaq istəyirdi. Gəlib, baş əyirsiz amma itkin düşənlərin abidəsinə heç baxmırsınız”-deyə qadınlardan biri deyib.

 

Övladı əsgərlikdə ölən qadınlardan biri isə Paşinyanın heç olmasa 10 dəqiqə onlara vaxt ayırmamasından gileylənib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir