Modern.az

Neftçilər Xəstəxanasında işdən çıxan baş direktoru kim əvəz edir? - AÇIQLAMA  

Neftçilər Xəstəxanasında işdən çıxan baş direktoru kim əvəz edir? - AÇIQLAMA  

21 Sentyabr 2018, 15:37

Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasında baş direktoru vəzifəsindən azad edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a deyib ki, baş direktor Hikmət Həsənov öz istəyilə işdən çıxıb:

“İşən çıxan həkimlər də var. Amma bu demək deyil ki, xəstəxana öz fəaliyyətini dayandırıb. Mərkəzi Neftçilər Xəstəxanası tam gücü ilə işləyir. Burada qəbahətli nəsə yoxdur. Kiminsə işdən çıxması, yenisinin vəzifəyə gətirilməsi normal prosesdir”.

 

S.Əhmədova qeyd edib ki, Raub Əsədov müvəqqəti olaraq, baş direktor vəzifəsini icra edir.

Nazirlik rəsmisi 2 gün əvvəl tanınmış cərrah Mircəlal Kazıminin işdən ayrılmasının da normal olduğunu diqqətə çatdırıb:

“İndi həkim hansısa daha əlverişli iş təklifi alıb bunu dəyərləndirirsə, biz ona qarşı çıxa bilmərik”.

 

Qeyd edək ki, sentyabrın 19-dan etibarən Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəhbəri olaraq fəaliyyətini davam etdirir. Ondan əvvəl isə tanınmış ürək cərrahı, deputat Rəşad Mahmudov da öz istəyilə xəstəxanadakı işindən ayrılmışdı. R.Mahmudov sentyabrın 20-də Mərkəzi Gömrük Hospitalında Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisi təyin olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!