Modern.az saytı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əməkdaşlıq çərçivəsində “AQTA maarifləndirir” rubrikasının növbəti yazısını təqdim edir:
- İctimai iaşə obyektlərinin sanitar-gigiyenik normalara uyğun şəkildə təşkili əhalinin sağlamlığı üçün olduqca vacibdir. Kütləvi istehlak üçün nəzərdə tutulmuş obyektlərin gigiyenik baxımdan təmiz və səliqəli olduğunu göstərən bir sıra qabaqlayıcı tədbirlərin həyata keçirilməsi baş verə biləcək müxtəlif miqyaslı qida zəhərlənmələrinin qarşısını almağa və müştəri məmnuniyyətini qazanmağa kömək edir. Müəssisənin təmizliyi işçi heyətinin, mətbəxin və xidmət sahəsində istifadə olunacaq xidməti avadanlıqların (boşqab, çəngəl, qaşıq, bıçaq və s.), müştərilərin istirahəti üçün ayrılmış sahənin və obyektin şüşə və pəncərələrinin təmizliyindən asılıdır.
İlk növbədə restoranın girişində tibbi və ya sağlamlığa nəzarət orqanının obyektə illik təqdim etdiyi sertifikat yerləşdirilməlidir. Bu müştərinin təhlükəsizliyə olan inamını və etibarını qazanmaq üçün vacibdir.
Qida təhlükəsizliyi ilə maraqlanan restoran menecerləri işçilərinin və müəssisənin sanitar-gigiyenik normaların və beynəlxalq standartların tələblərinə cavab verən müəssisə kimi tanınmasında və bu istiqamətdə fəaliyyət göstərmələrində maraqlı olmalıdır. Qida hazırlanması prosesində çalışan işçilər, həmçinin xidmət heyəti səliqəli və təmiz olmalıdır. İş prosesində işçi heyət əlcəklərdən və saç bonelərindən istifadə etməlidir. Bundan başqa xidmət heyəti şəxsi gigiyenalarına da diqqət edərək, makiyajdan çox istifadə etməməli, daima bədən, əl, ağız, saç və burun təmizliyinə diqqət etməli və iş prosesində saat və üzükdən başqa mümkün qədər az aksesuar istifadə etməlidir. Xüsusilə, dırnaqların qısa və təmiz olmasına diqqət etmək vacibdir. Qeyd etmək lazımdır ki, uzun dırnaqlar bakteriyaların toplaşması üçün ən ideal yerdir. Ən az diqqət edilən, əslində isə ən mühüm bir digər məqam işçi heyətin sağlamlığıdır. Müştərilərə yalnız və yalnız tibbi müayinədən keçmiş işçi heyət xidmət göstərməlidir.
Restoranın divar və döşəmələri də təmiz və quru olmalı, ətrafda azacıq yağ və ya toz belə olmamalıdır. Əks halda mikrobların çoxalması üçün şərait yaranmış olur. İstifadə olunan mətbəx avadanlıqlarını yuduqdan sonra, yüksək temperaturda durulayıb qurulamaq lazımdır. Sınmış və ya çatlamış mətbəx əşyalarından istifadə edilməməlidir. Boşqab, bıçaq, çəngəl, qaşıq və s. bu kimi mətbəx avadanlıqlarının saxlanıldığı anbarın tozlanmamasına xüsusi diqqət edilməlidir. Hər müştəridən sonra mütləq şəkildə masalar təmizlənməlidir. Masaların təmizliyində istifadə olunan parça və ya bezlərin kirli olmamasına diqqət etmək lazımdır. Ən mühüm gigiyenik tədbirlərdən biri masa və mebellərin daimi olaraq dezinfektantlarla dezinfeksiya olunmasıdır.
Yemək və içkilərin zərərli bakteriya və mikroorqanizmlərə yoluxmasının qarşısını almaq üçün soyuq qidaları servis edənədək soyuq temperaturda, isti qidaların isə yüksək temperaturda saxlanılması məsləhət görülür. Mətbəxdə çiy qida maddələri, xüsusilə ət bişirilməmiş istehlak olunacaq meyvə və tərəvəzlərdən uzaq məsafədə yerləşdirilməlidir. İstifadə olunacaq ərzaqlar yerə qoyulmamalı və hər hansı çirkləndirici ilə bulaşmaması üçün nəzarət olunmalıdır. Eyni zamanda mətbəxdə çalışacaq işçilərin rahat işləyə bilməsi üçün kifayət qədər sahə ayrılmalıdır. Zibil qutuları mütəmadi olaraq boşaldılmalıdır. Müxtəlif həşəratlar (ağcaqanad, milçək və s.), siçan və siçovulların olması müəssisənin natəmiz olduğunu göstərir. Əgər ətrafda siçovul və ya gəmirici varsa, dərhal müxtəlif dərman preparatlarından istifadə etməklə bu halı aradan qaldırmaq lazımdır.
Tualetlər hər zaman təmiz, kanalizasiya sistemi və borular isə işlək vəziyyətdə olmalı, damcılama və ya tıxanma kimi hallar olmamalıdır. Həmçinin, tualetlər daima xoş ətirli sabun, tualet kağızları kimi gigiyenik məmulatlarla təmin olunmalıdır.
İŞİD-in nəzarətindəki sonuncu kənddə döyüşlər başladı - Qruplaşma tarixdən silinəcək?
Manat sabah bu məzənnədə olacaq
Xocalıdan olan ana Prezidentdən kömək istədi - MÜRACİƏT
Vətənə xidmət vəzifəsi
Dövlət Gömrük Komitəsi quzu əti ilə bağlı açıqlama yaydı
Əli Əhmədov Dünya Bankının regional direktoru ilə müzakirə apardı
Azərbaycan sərhədini pozmaq istəyən 5 əcnəbi saxlanıldı
Mehman Əliyevin atası vəfat edib
Kamal Abdulla Metin Yıldızla müzakirə apardı
İcra başçısı Ermənistanla sərhəddə səyyar qəbul keçirdi
Ülvi Quliyevdən gənclərə ÇAĞIRIŞ
ATƏT-də Xocalı məsələsi qaldırılacaq
Ağdamda Ermənistanın PUA-sı məhv edildi
ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu mühüm qərarlar qəbul etdi
Venesuelanın Xarici İşlər nazirinin müavini ADU-da
Sarkisyanın qardaşının gizləndiyi ölkə məlum oldu
Magistraturaya qəbul imtahanı keçiriləcək
“Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi keçirildi
Təhqir və böhtana görə cəzalar sərtləşdirilə bilər - Birinci vitse-spikerdən ANONS
Növbədənkənar parlament seçkiləri keçirilməyəcək – Ziyafət Əsgərov
Almaniyada silahlı insidentdə 2 nəfər öldü
“Xalqa sevgi, vətənpərvərlik, humanizm...” - Deputatlar Mehriban Əliyevanın fəaliyyətindən DANIŞDILAR
Azərbaycanla Türkiyə Ermənistanla sərhəddə təlim keçirir
Bakı metrosunda daha bir YENİLİK
Avropada Qarabağ üçün birləşək! - Böyük mitinqə çağırış
İki deputat Avstraliyadadır
Nəticələr AÇIQLANDI - 211 nəfər sınaq imtahanına gəlməyib
Prezident Ağdamda yol tikintisinə 2,3 milyon manat ayırdı
Nazirlik minimum əməkhaqqına görə işəgötürənlərə XƏBƏRDARLIQ etdi
Timoşenko Poroşenkonu məhkəməyə verdi
Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasından iki il keçir
Mustafa Hacıbəyliyə hökm oxundu
İlham Əliyev Sovet İttifaqı Qəhrəmanını qəbul edib
Azərbaycan filmi Niderlandın ən məşhur +31mag jurnalında
Sabahın hava PROQNOZU verildi
Bakıda dayanma-durma nişanları dəyişdirilir - FOTOLAR
Nazirlikdən vergi ombudsmanı ilə bağlı rəsmi AÇIQLAMA
Aygün Kazımovadan daha bir YENİLİK - “Duy”
Ağ Ev Paşinyana hirsləndi - Erməni nazirin səfəri ləğv olundu
Soydaşlarımızın qəlbi Xocalıdadır
BDU-nun professoru vəfat etdi
Qobustanda heyvanlar peyvəndlənir
Masazırdakı yanğında 4 polis işçisi ZƏHƏRLƏNDİ
“Xoşbəxt et, Xoşbəxt ol”- Bakı Ali Neft Məktəbində xeyriyyə tədbiri
“Neolit”dəki davanın səbəbkarı olan çeçen bloger terrorçuluqda təqsirləndirilir
Avropa Gənclər Olimpiya Festivalının talismanları təqdim olunub
BDU-da Tvinninq layihəsinin rəhbərləri ilə görüş keçirilib
Ermənistanın ən radikal siyasətçisi Qarabağı Ermənistana birləşdirmək istəyir
Fazil Məmmədov əvvəlki biznesi ilə məşğul olmağa başlayıb
“Khazar” Avtomobil Zavodunda 1000-dən çox avtomobil istehsal olunub
Şərh yaz