Modern.az

“Salnaməfilm” Mədəniyyət Nazirliyinin sifarişi ilə yeni filmlər çəkir

“Salnaməfilm” Mədəniyyət Nazirliyinin sifarişi ilə yeni filmlər çəkir

21 Sentyabr 2018, 16:24

Azərbaycan Respublikası Мədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyasında dövlət sifarişi ilə istehsal olunan “Şəki sənətkarlıq paytaxtı”, “Köç” sənədli filmlərinin, həmçinin “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən Şükür Həmidov, Mikayıl Cəbrayılov, Səfiyar Behbudov, Viktor  Seryegin və Ehtiram Əliyevə həsr olunan 5 sənədli film üzərində işlər davam etdirilir.

Ssenari müəllifi və rejissoru Vüqar İslamzadə olan “Şəki sənətkarlıq paytaxtı” qısametrajlı sənədli filminin çəkilişləri tamamlanaraq montaj mərhələsinə buraxılmış, rejissor Ayaz Salayevin “Köç” tammetrajlı sənədli filminin çəkilişə hazırlıq işləri aparılıb.

Müdafiə Nazirliyinin dəstəyi ilə rejissorlar Zamin Məmmədov, Vəli Səyyadi, Kəmalə Musazadə, Cəmil Fərəcov və Cavid İmamverdiyev tərəfindən çəkilən, Azərbaycanın Milli Qəhrəmanları haqqında filmlər isə istehsalın müxtəlif mərhələlərindir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?