Modern.az

Xaçmazda taxta sexinin icarədarı cərimələndi

Xaçmazda taxta sexinin icarədarı cərimələndi

21 Sentyabr 2018, 16:42
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu ərazisində növbəti reyd keçirilib.
 
Modern.az verilən məlumata görə, reyd zamanı rayonun Şollar kəndi ərazisində fəaliyyət göstərən ağac emalı sexində 10,82 m3 həcmində palıd, ağcaqayın, qovaq cinsli girdə işlik və çəkilmiş taxta materialı aşkar olunub.
 
Faktla bağlı sexin icarədarı Tacəddin Məsimov barəsində akt tərtib olunub və 1946,58 manat məbləğində ziyan tətbiq edilib.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi