Modern.az

Kamal Abdulladan YENİLİK: I kurs tələbələrinin aldıqları kitabların pulunu ADU verəcək

Kamal Abdulladan YENİLİK: I kurs tələbələrinin aldıqları kitabların pulunu ADU verəcək

21 Sentyabr 2018, 17:12

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla universitetin bаkаlаvriat pilləsinin I kursuna qəbul olmuş Təhsil fakültəsinin tələbələri ilə görüşüb.

Bu haqda Modern.az-a ADU-dan bildirilib.

Rektor ADU-nun 2018/2019-cu tədris ili üçün nəzərdə tutulmuş plan yerlərinə qəbulun əvvəlki illərə nisbətən yüksək olmasından söz açıb.

Qeyd edib ki, 289 nəfər 501-600, 296 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.

Ümumilikdə Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarında 1432 abituriyent Azərbaycan Dillər Universitetinin bakalavriat, 242 tələbə isə magistratura pilləsinə qəbul olub.

Görüşdə Kamal Abdulla maraqlı təşəbbüslə çıxış edib. Rektor bildirib ki, tələbələrin mağazalardan aldıqları kitabların pulu universitet tərəfindən ödəniləcək. Bunun üçün tələbələr kitab mağazasından aldığı qəbzləri universitetə təqdim etməlidirlər. Rektorun bu təşəbbüsü tələbələr tərəfindən alqışlarla qarşılanıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır