Modern.az

Özbəkistan pambığı ABŞ-ın “qara siyahı”sından çıxarıldı

Özbəkistan pambığı ABŞ-ın “qara siyahı”sından çıxarıldı

22 Sentyabr 2018, 09:58

ABŞ-ın Əmək Nazirliyi Özbəkistanda toplanan pambığa tətbiq etdiyi sanksiyanı aradan qaldırıb.

“Anadolu” agnetliyi xəbər verir ki, məlumatı ABŞ-ın Özbəkistandakı səfirliyi ölkəsinin Əmək Nazirliyinin hesabatına əsasən yayıb.

 

“Pambıq yığımında uşaq əməyindən məcburi istifadə edilməsi əhəmiyyətli dərəcədə azalaraq, ilk dəfə irəliləyişə nail olunub”, - hesabatda bildirilib.

Qeyd edək ki, Özbəkistanda hər il 3 milyon ton pambıq yığılır. Ölkə pambıq ixracatı üzrə dünyada 3-cü, istehsalı üzrə isə 6-cı yerdədir.

 

ABŞ-ın Əmək Nazirliyi dünyanın uşaq əməyindən istifadə olunan 76 ölkəsində 148 adda məhsulun adını dərc edib.

 

 Virtualaz.org

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?