Modern.az

Azərbaycanda borca görə axtarılan 26 nəfər saxlanılıb

Azərbaycanda borca görə axtarılan 26 nəfər saxlanılıb

Aktual

22 Sentyabr 2018, 10:50

Ötən gün ərzində ölkə ərazisində daxili işlər orqanları tərəfindən 121 cinayət faktı qeydə alınıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, baş verən cinayətlərin 22-si “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!