Modern.az

Bakıda xuliqanlıq edən şəxs tutulub

Bakıda xuliqanlıq edən şəxs tutulub

Aktual

22 Sentyabr 2018, 15:53

Bakıda xuliqanlıq edən şəxs tutulub.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, sentyabrın 21-də Nəsimi rayonunun R.Behbudov küçəsində naməlum şəxs Bakı şəhər sakini Şirazi Qarayevi bıçaqla hədələyib, habelə “Mercedes” markalı avtomobilinin şüşəsini və güzgüsünü sındırıb.

 

Hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini Şahin Səmədov Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!