18 fevral 2019, Bazar ertəsi
Ana Səhifə - CƏMİYYƏT - “Arxivdə Azərbaycandakı “KQB” agenturası barədə izlər hələ də qalır”
“Arxivdə Azərbaycandakı “KQB” agenturası barədə izlər hələ də qalır”
22.09.2018, 16:04

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) erməni-daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv sənədlərini yayıb.

 

Məxfiliyi götürülən həmin sənədlər düşmənin iç üzünü ortaya qoydu. Arxiv materiallarında qeyd olunur ki, 1813-cü ildə Gülüstan, 1828-ci ildə isə Türkmənçay müqavilələrinin imzalanması ilə Azərbaycanın tarixi və əzəli torpaqlarının bölünməsi başa çatmadı, əksinə, ərazilərimizin zorla qoparılması prosesi düşmən qüvvələrin himayəsi, təhriki və bilavasitə iştirakı ilə ardıcıl xarakter aldı və davam etdi.

 

Məxfi arxivlərin açılmasının əhəmiyyəti haqqında Modern.az-a danışan Azərbaycanın sabiq milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbər məxfi sənədlərin açılması qaydalarını da izah edib. S. Əkbər diqqətə çatdırıb ki, hər bir demokratik dövlət öz sirləri haqqında qanunlar qəbul edib:

“Azərbaycan qanunvericiliyində də məxfi arxivlər haqqında müddəlar mövcuddur. Dövlət sirlərinin hansı kateqoriyasının nə qədər müddətdən sonra açıla bilməsi haqqında qanunda müddəlar göstərilməlidir. Qeyd etdiyim kimi, belə tənzimləmələr yalnız demokratik ölkələrdə var. Qeyri-demokratik ölkələr isə arxiv materiallarını heç vaxt açımır. Hüquqi dövlətlər insanların informasiya əldə etmək hüququnu nəzərə alıb, məxfi məlumatlara belə açılması üçün müəyyən zaman müddəti qoyur. Zaman müddəti hesablanarkən, əsaslandırılmış, məntiqli və rasional prinsiplər olmalıdır. Burada dövlətin milli, operativ maraqları, arxivlərdə adıçəkilən şəxslərin təhlükəsizliyi, onların və ailə üzvlərinin həyatı, bir çox milli, mənəvi-əxlaqi və psixoloji məsələlər diqqətdə saxlnamlıdır.

 

Bəzi sənədlər isə açılsa belə, onların bir qisminə gizlilik qoyulur. Məsələn, ABŞ bu yaxıınlarda müəyyən arxiv materiallarını açdı, halbuki sənəddə bəzi şəxslərin adı, ərazilərin qeyd olunduğu hissələr gizlədilmişdi. Arxivlərin açılması prosesində “qızıl orta” tapılmalı, vətəndaşların informasiya almaq hüququ və dövlətin milli maraqları təmin olunmalıdır. Müəyyən olunan “Qızıl orta”da müddət və arxivlərin açılmasının forması, qaydaları dəqiq göstərilməlidir. Cəmiyyət arxivləri ancaq “hansısa agentlərin adlarının qeyd olunduğu sənəd” hesab edir. Reallıq odur ki, məxfi arxivlərdə tək agentlərdən söhbət getmir. Xarici ölkələrin Azərbaycanda apardığı kəşfiyyat, əməliyyat tədbirlərinin, bəzi prosedurları əhatə edən topluların açılmasından söhbət gedir. Xarici dövlətlərin Azərbaycanla bağlı apardığı siyasətin müsbət məqamları da məxfi sənədlərdə əks olunur”.

 

Arxivlərin açılan hissəsinin tarixi materiallar olduğunu vurğulayan təhlükəsizlik eksperti bu sənədlərin Azərbaycan üçün təhlükə yaratmadığını bildirib:

“Hətta Azərbaycanın xarici siyasət, milli maraqları üçün müsbət məqamlar qeyd olunub. Digər tərəfdən alimlərimizin, eksperetlərimizin elmi araşdırmalar aparması üçün açılan məxfi sənədlər böyük mənbədir”.

 

Sovet hakimiyyəti illərini və müstəqillik dövründən sonrakı mərhələni əks etdirən arxiv materiallarının açılmasının mümkün olub-olmamasına gəlincə, S. Əkbər Sovet hökumətinin bu dövrə aid arxivləri təmizlədiyini deyib:

 

“Arxivdə açılası çox məxfi sənədlər var. Həm tarixi araşdırma, həm də cəmiyyətin informasiya əldə etməsi baxımından önəmli məqamlar yer alıb. Kimsə arxivlərin açılması ilə keçmiş SSRİ “KQB”-nə “işləyən” agenturanın adının açıqlanacağını düşünürsə, yanılır.

 

Çünki 1990-cı ildə 20 yanvar hadisəsi baş verdikdə, Azərbaycanda Milli Azadlıq Hərəkatı canlandıqda Kreml həmin arxivləri təmizlədi. Xüsusi qiymətli agentura haqqında məlumatlar, əməliyyat işləri də məxfi sənədlərdən çıxarılıb. “KQB” agenturası barədə “izlər” isə qalır və onları təqib edərək, araşdırmaçılar müəyyən məqamları üzə çıxara bilərlər.

 

SSRİ dövrünü əks etdirən bütün arxivlər açılmalıdır. Söhbət işğalçı rejimin Azərbaycanda apardığı işlərdən, qurduğu agentura şəbəkəsindən gedir. Burada heç bir sirr ola bilməz. Azərbaycan xalqı həm işğalçının, həm də ona xidmət edən qüvvələrin kimliyini, fəaliyyətini öyrənməlidir. Belə olarsa, Azərbaycanın milli təhlükəsizlik maraqlarına ancaq müsbət yöndə təsir edər. Arxivlərin bu hissəsinin açılması ilə vətəndaş qarşıdurmasının yaşanacağını düşünüənlər isə səhv edir. Bilərəkdən belə rəy formalaşdırırlar ki, arxivlərdəki bu sənədlər açılmasın”.

 

S. Əkbər Azərbaycanın müstəqillik dövrünü iki hissəyə ayırıb:

“Birincisi, Azərbaycanın formal müstəqillik dövrü – Kamran Bağırov, Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibovun hakimiyyətdə olduğu illərdir. Bu müddətdə Moskvadan asılılıq davam edir, Rusiya strateji nəzarəti əlində saxlayırdı. İkinci mərhələ isə Azərbaycanda Milli Azadlıq Hərəkatının qalib gəlməsi,  Əbülfəz Elçibəyin prezident seçilməsindən sonrakı dövrdür. Azərbaycanın formal olaraq, müstəqil sayıldığı birinci mərhələ Sovet hakimiyyətinin davamı olduğuna görə, həmin dövr əks etdirən bütün arxivlər açılmalıdır. Lakin bu çox qısa müddətdir və böyük material yoxdur.

 

Azərbaycanın həqiqi müstəqillik əldə etdiyi, xüsusi xidmət orqanlarının milli təhlükəsizlik siyasəti apardığı illərə xüsusi yanaşmaq lazımdır. Müasir dövr üçün dövlət sirri haqqında qəbul edilən demokratik qanunlar təmin olunmalıdır.

Ayrı-ayrı şəxslərin, qrupların, siyasi partiyaların maraqları ilə məsələyə yanaşmamalıyıq. Dövlət maraqları nəzərə alınmalıdır. Bütün demokratik, hüquqi dövlətlərdə əməl olunan qaydaları tətbiq edərək, məxfi materilların açılıb-açılmaması müzakirə oluna bilər”.

 

Aysel ASLAN


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıda işə gedən kişi itkin düşdü
18.02.2019, 20:01

Bakıda işə gedən kişi itkin düşdü

Salyanda kürəkən qayınatasının mal-qaranı oğurladı
18.02.2019, 20:00

Salyanda kürəkən qayınatasının mal-qaranı oğurladı

18.02.2019, 19:52

"Buta Airways"ın təyyarəsində nasazlıq yarandı

Əhalinin gəlirləri 6%-dən çox artıb
18.02.2019, 19:43

Əhalinin gəlirləri 6%-dən çox artıb

99 dövlət əmlakı özəlləşmədə - VAXT
18.02.2019, 19:34

99 dövlət əmlakı özəlləşmədə - VAXT

Milli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedir
18.02.2019, 19:25

Milli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedir

Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
18.02.2019, 19:16

Azərbaycan millisi Latviya ilə qarşılaşacaq

Sumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişi - Video
18.02.2019, 19:07

Sumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişi - Video

Mehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLAR
18.02.2019, 18:58

Mehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLAR

Büdcədə 800 milyon manatdan çox qalıq YARANDI
18.02.2019, 18:50

Büdcədə 800 milyon manatdan çox qalıq YARANDI

Məhkəmə insan alverinə görə həbs olunan 26 yaşlı qadını azadlığa buraxdı
18.02.2019, 18:42

Məhkəmə insan alverinə görə həbs olunan 26 yaşlı qadını azadlığa buraxdı

“Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır - Şamil Ayrım
18.02.2019, 18:34

“Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır - Şamil Ayrım

Məni vurmaq üçün hər cür şeytani əməllərə əl atdılar - AzTV-nin eks-müxbiri   
18.02.2019, 18:27

Məni vurmaq üçün hər cür şeytani əməllərə əl atdılar - AzTV-nin eks-müxbiri  

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıtdı - FOTO
18.02.2019, 18:21

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıtdı - FOTO

İlk verilişin ilk təəssüratı
18.02.2019, 18:15

İlk verilişin ilk təəssüratı

Əlilliyin müəyyən olunmasında yeni meyarlar tətbiq olunacaq - Nazir
18.02.2019, 18:08

Əlilliyin müəyyən olunmasında yeni meyarlar tətbiq olunacaq - Nazir

Qarabağ İcmasının üzvləri Ombudsmanın yanına gəldilər   
18.02.2019, 18:01

Qarabağ İcmasının üzvləri Ombudsmanın yanına gəldilər  

Dünyanın ölkələrinin vətəndaşları Xocalıya ədalət istədilər - VİDEO
18.02.2019, 18:01

Dünyanın ölkələrinin vətəndaşları Xocalıya ədalət istədilər - VİDEO

Şəmkirdə qızına təcavüz edən ata həbs olundu   
18.02.2019, 17:53

Şəmkirdə qızına təcavüz edən ata həbs olundu  

İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stressə salır - Əli Həsənovun YAZISI
18.02.2019, 17:49

İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stressə salır - Əli Həsənovun YAZISI

Tələbələr 9 quruma təcrübəyə göndərildilər   
18.02.2019, 17:41

Tələbələr 9 quruma təcrübəyə göndərildilər  

Koçaryanın oğluna qarşı da cinayət işi açıldı
18.02.2019, 17:35

Koçaryanın oğluna qarşı da cinayət işi açıldı

Manatın sabaha olan məzənnəsi
18.02.2019, 17:34

Manatın sabaha olan məzənnəsi

Yaradılan qiymət artımı ajiotajının səbəbi nədir?
18.02.2019, 17:31

Yaradılan qiymət artımı ajiotajının səbəbi nədir?

Maaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQU 
18.02.2019, 17:21

Maaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQU 

“Ermənistan cəmiyyəti müharibəyə hazır deyil” – Keçmiş kəşfiyyatçı
18.02.2019, 17:14

“Ermənistan cəmiyyəti müharibəyə hazır deyil” – Keçmiş kəşfiyyatçı

Nazirliyin əməkdaşları Almaniya təcrübəsini öyrəndi
18.02.2019, 17:03

Nazirliyin əməkdaşları Almaniya təcrübəsini öyrəndi

Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü
18.02.2019, 16:45

Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü

Nazirliyə “Uğur-2018” mükafatı verildi   
18.02.2019, 16:45

Nazirliyə “Uğur-2018” mükafatı verildi  

Din xadimləri Azərbaycan və Çeçen xalqlarını təxribatlara uymamağa çağırıb - VİDEO
18.02.2019, 16:28

Din xadimləri Azərbaycan və Çeçen xalqlarını təxribatlara uymamağa çağırıb - VİDEO

Ombudsmandan Xocalı soyqırımı ilə bağlı bəyanat 
18.02.2019, 16:23

Ombudsmandan Xocalı soyqırımı ilə bağlı bəyanat 

Azərbaycan Dillər Universiteti məhkəməyə müraciət edəcək
18.02.2019, 16:21

Azərbaycan Dillər Universiteti məhkəməyə müraciət edəcək

Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI
18.02.2019, 16:06

Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI

Almaniya Qarabağ separatçılarına silah satıb? - FOTO
18.02.2019, 16:05

Almaniya Qarabağ separatçılarına silah satıb? - FOTO

Sumqayıtda yeni iş yerləri açılacaq - Prezident anons etdi
18.02.2019, 15:56

Sumqayıtda yeni iş yerləri açılacaq - Prezident anons etdi

“Quş qripi” ilə bağlı monitorinq keçiriləcək
18.02.2019, 15:55

“Quş qripi” ilə bağlı monitorinq keçiriləcək

Belçikada Qüdslə bağlı beynəlxalq sərgi keçirilib
18.02.2019, 15:50

Belçikada Qüdslə bağlı beynəlxalq sərgi keçirilib

YAP Rüstəm İbrahimbəyova CAVAB VERDİ: “Uğurlara həmmüəlliflik etmək istəyənlər çoxdur”   
18.02.2019, 15:35

YAP Rüstəm İbrahimbəyova CAVAB VERDİ: “Uğurlara həmmüəlliflik etmək istəyənlər çoxdur”  

Baş Prokurorluq işə qəbul elan etdi
18.02.2019, 15:31

Baş Prokurorluq işə qəbul elan etdi

Yas məclisini idarə edən molla pul almalıdırmı?   
18.02.2019, 15:23

Yas məclisini idarə edən molla pul almalıdırmı?  

Sumqayıta 3 milyon manat ayrıldı
18.02.2019, 15:21

Sumqayıta 3 milyon manat ayrıldı

Prezident çox ciddi islahatlara gedir   
18.02.2019, 15:14

Prezident çox ciddi islahatlara gedir  

Yol polisindən sürücülərə hava XƏBƏRDARLIĞI
18.02.2019, 15:02

Yol polisindən sürücülərə hava XƏBƏRDARLIĞI

Ucarda heyvanlar xəstəliyə qarşı peyvəndlənir
18.02.2019, 14:54

Ucarda heyvanlar xəstəliyə qarşı peyvəndlənir

Rüstəm İbrahimbəyov Bakıya gəlişindən DANIŞDI: “Prezident Administrasiyasından zəng vurdular...”   
18.02.2019, 14:48

Rüstəm İbrahimbəyov Bakıya gəlişindən DANIŞDI: “Prezident Administrasiyasından zəng vurdular...”  

Putin Ərdoğana etibar edir
18.02.2019, 14:34

Putin Ərdoğana etibar edir

Təxribatlara qarşı vahid mövqe nümayiş etdirmək lazımdır
18.02.2019, 14:33

Təxribatlara qarşı vahid mövqe nümayiş etdirmək lazımdır

Vətənə tən daş...   
18.02.2019, 14:27

Vətənə tən daş...  

Çörək bahalaşacaq? - Nazirdən AÇIQLAMA
18.02.2019, 14:20

Çörək bahalaşacaq? - Nazirdən AÇIQLAMA

Bertold Brext Azərbaycan dilində
18.02.2019, 14:11

Bertold Brext Azərbaycan dilində

ARXİV