Modern.az

Bakıda ana 8 yaşlı qızını bu səbəbdən CƏZALANDIRDI

Bakıda ana 8 yaşlı qızını bu səbəbdən CƏZALANDIRDI

22 Sentyabr 2018, 20:34

Bakıda ana 8 yaşlı qızını oğlanlarla oynadığı üçün döyüb. Modern.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" ictimai birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

 

Onun sözlərinə görə, qadın iki azyaşlı qızı ilə sığınacaqda məskunlaşıb. O, qızını sığınacağın digər sakinləri - 4-5-6 yaşlı oğlan uşaqları ilə oynadığına görə möhkəm döyərək cəzalandırıb.

 

M.Zeynalova deyir ki, qadına xəbərdarlıq edilib ki, bu hal bir də təkrarlanarsa, polisə müraciət ediləcək: "Hər gün, hər saniyə qadın-kişi bərabərliyi arasında yaranmış çatların dərinləşdiyini hiss edirəm. Qorxuludur... Yaxşı ki, qanunlar var. Sığınacaqda bir qadın bu günlərdə qızını möhkəm döydü. Əgər bu, bir də təkrarlanarsa, ondan şikayət verəcəyimizi dedik. Uşaq olduqca ağıllı və dərrakəlidir. Təhsildə çox bacarıqlıdr. Ana isə bütün günü bu qızı kiçik bacısına dayə kimi baxmağa məcbur edir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi