Modern.az

Əbülfəs Qarayev Moskvada müzakirələr apardı

Əbülfəs Qarayev Moskvada müzakirələr apardı

22 Sentyabr 2018, 21:12

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində bu gün Moskva Hökümətinin naziri, Moskva Şəhər Mədəniyyət Departamentinin başçısı Aleksandr Kibovski ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata əsasən, görüş çərçivəsində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəniyyət sahəsində ikiillik tədbirlər planının hazırlanması və bir sıra digər məsələlər müzakirə edilib.

 

Müzakirələr zamanı təhsil müəssisələri arasında kardlar mübadiləsinin həyata keçirilməsi, rejissorların müştərək qastrol səfərlərinin təşkil olunması, o cümlədən, kitabxana sahəsində Moskvada tətbiq olunan ən son texnologiyaların Bakıda da tətbiq olunması ilə bağlı imkanlarına baxılması, beynəlxalq festivallarda müştərək iştirak, Azərbaycan bəstəkarlarının əsərlərinin Moskva teatr repertuarlarına əlavə edilməsi, müştərək tamaşaların qoyulmasının və Moskvanın hər hansı bir teatrında bir həftəlik “virtual pəncərənin” təşkil olunması, qarşılıqlı sərgilərin keçirilməsi, arxeologiya sahəsində birgə fəaliyyətin genişləndirilməsi məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Görüşdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir