Modern.az

Hicab geyinən kişi bankı qarət etdi

Hicab geyinən kişi bankı qarət etdi

Dünya

22 Sentyabr 2018, 23:15

Avstriya polisi Lints şəhərində Türkiyənin "Dənizbank”ını qarət edən şəxslərin axtarışına başlayıb. Modern.az xəbər verir ki, polis artıq oğrular haqqında məlumat üçün 2 min avro mükafat təyin edib.

 

Məlumata görə, bankı qarət edən şəxslər hicab geydikləri və üzlərinə maska taxdıqları üçün onların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

 

Qeyd edək ki, bu artıq Avstriyada kişinin hicab paltarı geyinərək oğurluq etməsiylə bağlı qeydə alınan ikinci haldır. Bundan əvvəl analoji insident Vyanada yaşanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir