Modern.az

Dövlət katibi: “Rusiyanın Ukrayna və Suriyadakı fəaliyyəti faydasızdır”

Dövlət katibi: “Rusiyanın Ukrayna və Suriyadakı fəaliyyəti faydasızdır”

24 Sentyabr 2018, 10:15

ABŞ Dövlət katibi Mayk Pompeo Rusiyanın Ukrayna və Suriyada faydasız fəaliyyət göstərdiyini deyib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə “NBC” telekanalına açıqlamasında danışıb.

 

Pompeo dünyanın müxtəlif yerlərində Rusiya ilə ABŞ-ın maraqlarının toqquşduğunu xatırladıb və terrorizmə qarşı birgə mübarizənin aparıldığını deyib.

“Onlar Ukrayna və Suriyada faydalı olmayıblar”.

 

Dövlət katibi ötən həftə Vaşinqton Çinə qarşı sanksiyalar tətbiq edib. Bu addım rəsmi Pekinin Rusiyadan S-400 raketlərini və Su-35 qırıcılarını satın alması ilə bağlıdır.  

Pompeonun sözlərinə görə, Moskvanın dünyadakı aktivliyini azaltmaq üçün belə addımlar önəmlidir. Dövlət katibi Trampın Rusiya ilə əlaqələri inkişaf etdirməyi planlaşdırdığını amma Vaşinqtonun hələlik uğur qazana bilmədiyini açıqlayıb.

 

Dövlət katibi Donald Trampın prezident seçilməsindən sonra ölkənin təhlükəsizliyinin daha da artdığını açıqlayıb.   

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir