Modern.az

Britaniya polisinə MÜDAXİLƏ: 23 milyonluq korrupsiya mexanizmin təhqiqatını dayandırmaq tələb edildi  

Britaniya polisinə MÜDAXİLƏ: 23 milyonluq korrupsiya mexanizmin təhqiqatını dayandırmaq tələb edildi    

24 Sentyabr 2018, 10:37

Böyük Britaniyada Rusiyadan gələn çirkli pulların yuyulması mexanizminin təhqiqatını aparmağı dayandırmaq əmr olunub.

Modern.az saytının Britaniya KİV-nə istinadən verdiyi məlumata görə, bu haqda ölkənin Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyinin korrupsiyaya qarşı bölməsinin keçmiş məmuru bildirib.

Agentliyin Beynəlxalq korrupsiyaya qarşı bölməsinin sabiq rəisi Con Benton da bunu dolayısı ilə təsdiqləyib.

Benton qeyd edib ki, Britaniya Xarici İşlər Nazirliyinə bağlı yüksək vəzifəli şəxs 23 milyon funt sterlinq dəyərindəki maliyyə cinayətlərinin araşdırılmasını dayandırmağı əmr edib.


Bentonun sözlərinə görə, maliyyəçi Bil Brauder ona 37 səhifəlik dosye təqdim edib və bu sənədlərdə kifayət qədər ciddi araşdırmalar olub.

Benton “Sunday Telegraph” nəşrinə deyib: “Biz əmin idik ki, bu, Rusiya pulu idi”.

“Həmin yüksək vəzifəli məmur dedi ki, Bil Brauder bu işdə əsl “başağrısıdır” və buna görə istintaqdan imtina etmək lazımdır”- Benton əlavə edib.


Qeyd edək ki, Brauder “Hermitage Capital” investisiya fondunun rəhbəridir. O, zaman-zaman Rusiya hakimiyyətinin korrupsiya mexanizmlərini gündəmə gətirir.


Brauder iddia edir ki, Rusiya onu korrupsiyaya qarşı fəaliyyətinə görə təqdib edir.


Britaniya hökuməti çirkli pullarla mübarizə tədbirlərini daha da sərtləşdirib. Böyük Britaniya hökuməti hələ ötən ilin aprel ayında korrupsiya ilə mübarizə çərçivəsində dünyada ilk dəfə olaraq oliqarxların daşınmaz əmlakının xüsusi reyestrini yaratmaq qərarı vermişdi.

Cinayətkarlıqla Milli Mübarizə Agentliyinə verilən yeni səlahiyyətlər bu ölkəyə gəlmiş istənilən şübhəli aktivləri təftiş etməyə imkan yaradır.

Mənşəyi bəlli olmayan mülk haqqında qanun isə bu ilin yanvar ayında qəbul edilib. Qanun şübhəli bilinən şəxslərdən aktivlərinin mənşəyini qeyd etmək tələbi qoyur. Həmçinin bu ölkəyə 50 min funt sterlinqdən artıq sərmayə qoyanlar onun mənbəyini göstərməlidirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?