Vahid sovet dövlətinin tərkibində yaşayarkən Azərbaycan və Ermənistan müttəfiq respublikaları əməkdaşlıq etmək məcburiyyətindəydi.
Dağlıq Qarabağda sepratizmin vüsət almasına qədər iki ölkə sənətkarları qarşılıqlı səfərlər, qasrtol turları keçirirdilər. Onlar buna görə ədəbi adlar, mükafatlarla təltif olunurdular.
Bu sırada Sovet Azərbaycanına gələn və “Azərbaycan SSR-in xalq artisti” fəxri adını alan erməni sənət adamları az deyil.
Modern.az saytı “Azərbaycan SSR-in xalq artisti” fəxri adını almış erməni mənşəli incəsənət xadimlərinin siyahısını təqdim edir.
Abelyan Ovanes – 1932-ci ildə Azərbaycan SSR xalq artistidir. 1865-ci il noyabrın 4-də Şamaxıda anadan olub. Uzun illər Bakı Erməni teatrında səhnə alıb. 1936-cı il iyulun 1-də Yerevanda vəfat edib.
Qriqoryan Mariya İosifovna – 1935-c ildən Azərbaycan SSR xalq artistidir. 1894-cü il iyunun 19-da anadan olub. Bakı və Tiflis teatrlarında aktisa kimi çıxış edib.
Papazyan Vaqram Homeroviç - 1935-ci ildə Azərbaycan SSR-in xalq artisti adını alıb. 1888-ci il yanvarın 6-da İstanbul şəhərində anadan olub. Tbilisi, Bakı, İstanbul və Leninqrad (Sankt-Peterburq) şəhərlərindəki teatrlarda aktyor kimi çoxsaylı obrazlar yaradıb. 1968-ci il iyunun 5-də Leninqradda vəfat edib.
Arutunyan Xoren Oqanesoviç – 1943-cü ildə Azərbaycan SSR-in xalq artisti adını alıb. 1891-ci ldə anadan olub. Bakı, Yerevan, Tbilisi və Gümrü teatrlarında aktyorluq edib. 1950-ci ildə vəfat edib.
Arzumanyan Arkadi Nikolayeviç – 1954-cü ildə Azərbaycan SSR xalq artisti adını alıb. 1898-ci il mayın 5-də Şuşada anadan olub. Bakı, Tbilisi və Xankəndi teatrlarında aktyorluq edib. 1956-cı ildən Leninakan (Gümrü) teatrında çalışmağa başlayıb. Arkadi Arzumanyan 1985-ci ildə ölüb.
Arzumanyan Artaşes Nikolayeviç – 1954-cü ildə Azərbaycan SSRİ xalq artistiydi. 1898-ci il mayın 17-də Şuşada anadan olub. Bakı, Xankəndi və Gümrü teatrlarında aktyor kimi fəaliyyət göstərib. Repertuarında Cəfər Cabbarlının “1905-ci ildə” əsərindəki Salamov obrazı xüsusən məşhur olub. 1985-ci ildə vəfat edib.
Arutunyan Qurgen Mixayloviç – 1955-ci ildə Azərbaycan SSR xalq artisti adına layiq görülüb. O, 1905-ci il iyunun 22-də Gəncə şəhərində anadan olub. Qurgen Arutunyan 1929-1949-cu illərdə Bakı Erməni teatında, 1949-1971-ci illərdə isə Xankəndi Dövlət teatrındakı tamaşalarda aktyor kimi çıxış edib. 1973-cü ildə dünyasını dəyişib.
Koqranyan Mixail Aleksandroviç – 1960-cı ildə Azərbaycan SSR xalq artisti adını alıb. 1907-ci il mayın 16-da Gəncədə andan olub. Teatr aktyoru vəı rejissoru kimi Bakı və Xankəndində çalışıb. 1974-cü ildə dünyasını dəyişib.
Osepyan Nina Ovanesovna – 1962-ci ildə Azərbaycan Xalq artisti adına layiq görülüb. O 1913-cü il aprelin 14-də Bakıda anadan olub və uzun illər Xankəndi Dövlər Dram teatrının aktirsası olub. Nina Osepyan 1977-ci il noyabrın 19-da Xankəndində vəfat edib.
Petrosyan Avak Qeqamoviç – 1962-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adı verilib. 1912-ci il martın 29-da Ermənistanın Abovyan rayonun Gəmrəz kəndidə doğulub. 1941-ci ildən Yerevan Opera və Balet teatrının solisti olub. Ermənilər öz aləmlərində Petrosyanı Üzeyir Hacıbəyovun “Koroğlu” operasının ən yaxşı ifaçısı iddia edirlər.
Adamov Konstantin Haykoviç – 1972-ci ildə Azərbaycan SSR xalq artisi, Azərbaycan SSR Dövlət Mükafatının laureatına layiq görülüb. 1923-cü il avqustun 15-də Bakıda anadan olub. Uzun illər boyu Səməd Vurğun adına Azərbaycan Rus Dram Teartrının aparıcı aktyoru olub.
Xaçaturyan Aram İliç – 1973-cü ildə Azərbaycan SSR xalq artisti fəxri mükafatına layiq görülüb. Bəstəkar kimi Aram Xaçaturyan (1903-1978) SSRİ xalq artisti, 4 dəfə Stalin mükafatı laureatı (1941,1943,1946,1950) olub, Ermənistan SSR Dövlət himnin müəllifidir (1944).
Ovçiyan Beniamin Afanasyeviç – 1973-cü ildə Azərbaycan SSR-in xalq artisti adını alıb. 1918-ci il noyabrın 28-də andan olub. Xankəni Dram Teatrının və bır sıra filmlərin aktyoru olub. 2005-ci ildə vəfat edib.
Qevorkyan Zinavor Simonoviç – 1979-cu ildə Azərbaycan SSR xalq artisti adını qazanıb. 1920-ci ildə anadan olub. 1937-cildən Xankəndi Dram teartının aktyoru, 1976-1986-cı illərdə isə teartın direktoru olub.
Alaverdyan Narui İsaakovna – 1982-ci ildə Azərbaycan SSR xalq artisti adına layiq görülüb. 1941-ci ildə Xankəndində anadan olub. 1958-ci ildən Dağlıq Qarabağ Muxtar Vilayəti Mahnı və Rəqs Ansamblının solisti olub. 1978-ci ildən isə “Qarabağ” estrada ansamblının solisti kimi çıxış edib. Hal-hazırda sağdır.
Narek Qriqoryan - tanınmış tarzən və Azərbaycan SSR xalq artistidir. Azərbaycan Dövlət Filarmoniyasında çalışıb və sovet dövrününü bir çox aparıcı müğənnilərini müşayiət edib.
Adam Qaribyan – opera müğənnisi və Azərbaycan SSR xalq artistidir. 60-70-ci illərdə Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının aparıcı solisti olub. Səhnədə 40-dan artıq obraz yaradıb.
Güclü külək Şamaxıya da ziyan vurdu
Bakıda 26 yaşlı oğlan itkin düşüb
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur
Güclü külək Mingəçevirdə fəsadlar törətdi
Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
“Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” - Səfər Mehdiyev
Deputatdan azərbaycanlılarla çeçenlərin davası barədə bəyanat
Bu yollarda sürət həddi endirildi - XƏBƏRDARLIQ
Dəmir yolu ilə yük daşımaları artıb
“Azərbaycan millisinin baş məşqçisi olduğum üçün xoşbəxtəm” - Nikola Yurçeviç
Sensasiya! - “Armani” daşnak firmasıdır - Əməkdar jurnalistdən SOS siqnalı
Suriyada partlayış: 9 ölü
Naxçıvan döyüş hazırlığı vəziyyətinə gətirildi
Bakıda işə gedən kişi itkin düşdü
Salyanda kürəkən qayınatasının mal-qaranı oğurladı
"Buta Airways"ın təyyarəsində nasazlıq yarandı
Əhalinin gəlirləri 6%-dən çox artıb
99 dövlət əmlakı özəlləşmədə - VAXT
Milli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedir
Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
Sumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişi - Video
Mehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLAR
Büdcədə 800 milyon manatdan çox qalıq YARANDI
Məhkəmə insan alverinə görə həbs olunan 26 yaşlı qadını azadlığa buraxdı
“Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır - Şamil Ayrım
Məni vurmaq üçün hər cür şeytani əməllərə əl atdılar - AzTV-nin eks-müxbiri
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıtdı - FOTO
İlk verilişin ilk təəssüratı
Əlilliyin müəyyən olunmasında yeni meyarlar tətbiq olunacaq - Nazir
Qarabağ İcmasının üzvləri Ombudsmanın yanına gəldilər
Dünyanın ölkələrinin vətəndaşları Xocalıya ədalət istədilər - VİDEO
Şəmkirdə qızına təcavüz edən ata həbs olundu
İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stressə salır - Əli Həsənovun YAZISI
Tələbələr 9 quruma təcrübəyə göndərildilər
Koçaryanın oğluna qarşı da cinayət işi açıldı
Manatın sabaha olan məzənnəsi
Yaradılan qiymət artımı ajiotajının səbəbi nədir?
Maaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQU
“Ermənistan cəmiyyəti müharibəyə hazır deyil” – Keçmiş kəşfiyyatçı
Nazirliyin əməkdaşları Almaniya təcrübəsini öyrəndi
Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü
Nazirliyə “Uğur-2018” mükafatı verildi
Din xadimləri Azərbaycan və Çeçen xalqlarını təxribatlara uymamağa çağırıb - VİDEO
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı bəyanat
Azərbaycan Dillər Universiteti məhkəməyə müraciət edəcək
Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI
Almaniya Qarabağ separatçılarına silah satıb? - FOTO
Sumqayıtda yeni iş yerləri açılacaq - Prezident anons etdi
“Quş qripi” ilə bağlı monitorinq keçiriləcək
Belçikada Qüdslə bağlı beynəlxalq sərgi keçirilib
Şərh yaz