Modern.az

Əli Məslimlinin təklifini Ziyad Səmədzadə də dəstəklədi

Əli Məslimlinin təklifini Ziyad Səmədzadə də dəstəklədi

Aktual

24 Sentyabr 2018, 11:46

“Azərbaycanda kifayət qədər səriştəli insanlar var. Ona görə həmin insanlardan, mütəxssislərdən, ziyalılardan, Vergilər Nazirliyinin əməkdaşlarından ibarət bir komissiya yaradılsın”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin bu gün payız sessiyası çərçivəsində keçirilən ilk iclasında deputat Əli Məsimli təklif edib. Deputat bildirib ki, Vergi Məcəlləsinə mütəmadi dəyişikliklər edilir və bəzən onlar peşəkar səviyyədə olmur.

“Bəzən dəyişikliklərdə xeyli qarşıqlıqlar üzə çıxır. Odur ki, bir komissiya yaradılsın və parlamentə müzakirələr təqdim edilməzdən əvvəl bütün dəyişikliklər, əlavələr orda müzakirə edilib, qruplaşdırılıb, Milli Məclisə göndərilsin. Bu zaman həmin dəyişikliklərin səmərəsi və effektivliyi də yüksək olar”.

Adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə də təklifi dəstəkləyib və buna ehtiyac olduğunu bildirib.

“Çünki Vergi Məcəlləsinə ölkəmizin sürətli inkişafı ilə bağlı, o cümlədən, əhalinin vəziyyətinin, sahibkarların fəaliyyətinin yaxşılaşdırılması ilə əlaqədar tez-tez dəyişikliklər edilir. Yenə də Vergi Məcəlləsinə çoxlu dəyişikliklər edilir və gözlənilir. Amma gələcəkdə bu dəyişiklikləri minumuma endirmək, yəni sayının azaldılıb, effektivliyinin artırılmasına nail olmaq lazımdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı