Modern.az

Lotereya oyunlarının Tiraj komissiyasında üzvlər azaldılır

Lotereya oyunlarının Tiraj komissiyasında üzvlər azaldılır

24 Sentyabr 2018, 12:17

“Lotereyalar haqqında” qanunda dəyişikliyə görə tiraj komissiyası üzvlərinin sayı azadılır.

 

 Modern.az-ın məlumatına görə, qanun layihəsinin 5.2-ci maddəsinə əsasən komissiya üzvlərinin sayı ən azı 5 nəfərdən ən azı 3 nəfərə endirilir.

 

Qeyd olunur ki, lotereya təşkilatçısının vəzifələri şəxsləri, onların ailə üzvləri (ər arvad, valideynlər, övladlar və övladlığa götürülmşüş şəxslər, onların ərləri və arvadları, bacılar, qardaşlar, bacı və qardaş övladları, ər-arvadların bacıları, qardaşları və valideynləri, bacıların ərləri və və qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, qəyyumlar və qəyyumluğa götürülənlər) həmçinin, stimullaşdırıcı lotereya obyektinin satıcısı (o, stimullaşdırıcı lotereyanın təşkilatçısı olduğu halda) tiraj komissiyaının üzvü ola bilməz.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır