Modern.az

Hava şəraiti ilə bağlı yeni XƏBƏRDARLIQ

Hava şəraiti ilə bağlı yeni XƏBƏRDARLIQ

24 Sentyabr 2018, 13:16

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Qurumdan Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 26-sı gündüzdən 28-dək güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 2-4 dərəcə aşağı aşağı enəcək.

            
Azərbaycanın rayonlarında sentyabrın 26-sı gündüzdən 28-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi