Modern.az

Yaşlı qadını döyüb boyunbağısını oğurlayanlar saxlanılıb - FOTO 

Yaşlı qadını döyüb boyunbağısını oğurlayanlar saxlanılıb - FOTO 

24 Sentyabr 2018, 13:38

Bir neçə gün əvvəl Binəqədi rayonu Novxanı bağlar sahəsində yerləşən evlərdən birinə daxil olan iki maskalı şəxs orada yaşayan 76 yaşlı qadının başına taxta parçası ilə vuraraq, onun 2000 manat dəyərindəki qızıl boyunbağısını götürüblər.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“İsti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri İlkin Məlikovvə Kamran Gəncimaliyev saxlanılıblar. 

Araşdırma zamanı məlum olub ki, zərərçəkən qadın İ.Məlikovun qohumudur. O, K.Gəncimalıyeva qohumunun evinə basqın etməyi məsləhət görəndən sonra birlikdə qeyd edilən hadisəni törədiblər.

Faktla bağlı cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?