Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu gün Milli Məclisin deputatı Elmira Axundovanı qəbul edib. Modern.az-ın məlumatına görə, bu barədə deputat Elmira Axundova məlumat verib.
Deputat bildirib ki, bu gün Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev onu qəbul edib.
“Həmin qəbulda Ramiz müəllim Prezident İlham Əliyevin və özü adından məni təbrik etdi. Və “Xalq yazıçısı” vəsiqəsini mənə təqdim etdi”.