Modern.az

“Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilir - FOTO+VİDEO

“Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilir - FOTO+VİDEO

Aktual

24 Sentyabr 2018, 16:34

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlar başlayıb.

Bu barədə Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yarışın keçirilməsində əsas məqsəd şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi və peşəkarlığının artırılmasıdır.

Nəticələrin dəqiq hesablanıb qiymətləndirilməsi məqsədilə yaradılan komissiya yarışlara cəlb olunan heyətlərin taktiki və fiziki hazırlığı, atış və sürücülük bacarığı üzrə məqbulları qəbul edəcək.

Sonda ümumi nəticələr hesablanaraq “Ən yaxşı tank bölüyü” adı uğrunda keçirilən yarışın qalibləri mükafatlandırılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır