Modern.az

UNEC-in dəyərləri 

UNEC-in dəyərləri 

24 Sentyabr 2018, 16:39

UNEC missiyasını layiqli şəkildə yerinə yetirmək və müəyyən etdiyi vizyonunu reallığa çevirə bilmək naminə aşağıdakı dəyərlərə sadiqdir:

Modern.az həmin dəyərləri təqdim edir:

Akademik azadlıq: UNEC üzvləri tədqiqat, tədris və sosial xidmət fəaliyyətlərində elmi prinsiplərə sadiqdirlər.

Akademik etika: UNEC bütün fəaliyyətlərində akademik etikanı qoruyur və müəlliflik hüquqlarına hörmətlə yanaşır.

Layiqlilik: UNEC akademik və inzibati vəzifələrin tutulmasında hər kəs üçün bərabər imkanlar yaradır və daha layiq olana üstünlük verir.

Şəffaflıq: UNEC fəaliyyətlərini bütün maraqlı tərəflərinin müşahidəsinə açıq şəkildə həyata keçirir.

Mükəmməllik: UNEC üzvləri bütün fəaliyyətlərində daim daha mükəmməl olanı əldə etməyə çalışır.

Keyfiyyətlilik: UNEC bütün fəaliyyətlərində yüksək keyfiyyət prinsipinə sadiq qalır.

İştirakçılıq: UNEC səmərəli idarəetmə naminə üzvlərinin idarəetmənin bütün mərhələlərində aktiv iştirakını təmin edir.

Fərqliliklərə hörmət: UNEC bütün maraqlı tərəflərinin fərqli fikirlərinə hörmətlə yanaşır.

Cəmiyyət mənafeyini düşünmək: UNEC bütün fəaliyyətlərini ilk növbədə cəmiyyət mənafeyini düşünərək həyata keçirir.

Ekoloji həssaslıq: UNEC üzvləri dayanıqlı inkişaf naminə ekoloji tarazlığın qorunmasına səy göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir