Modern.az

Sərhəddə 18 milyon dollarlıq kokain AŞKARLANDI

Sərhəddə 18 milyon dollarlıq kokain AŞKARLANDI

Aktual

24 Sentyabr 2018, 17:36

ABŞ-ın Texas Ştatında həbsxanaya göndərilən nəhəng kokain partiyası ələ keçirilib.

 

Modern.az “Newsweek” nəşrinə istinadən xəbər verir ki, 18 milyon dollar dəyərində olan narkotik həbsxanaya bağışlanan bananlar vasitəsi ilə keçirilməli imiş.

 

Texasın Cinayət Ədliyyə Departamenti bananların artıq olduqları üçün həbsxanaya bağışlanması barədə səbəbi “olduqca şübhəli” hesab ediblər.

 

“Qutulardan biri digərlərindən fərqlənirdi” – polisin bəyanatında bildirilib.

Qutunu açan polislər bananların altın içərisində bəyaz toz olan bağlı paket tapıblar. Məmurlar gömrük işçiləri və ABŞ sərhəd xidməti ilə əlaqə saxlayıblar. Həbsxanaya gələn səlahiyətlilər paketin içərisindəkinin kokain olduğu aşkarlayıblar.

 

Hər birində 1 kq  olan 540 başlama aşkarlanıb. Onların ümumi dəyəri isə 17 milyon 820 min dollar təşkil edir.

Qeyd edək ki, meyvələrin içərisində narkotik vasitələrin keçirilməsi faktı ilk belə hadisə deyil. Bundan əvvəl İspaniyada içərisində 67 kq kokain gizlədilmiş ananaslar ələ keçirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!