Modern.az

İspaniyalı gəncdən maraqlı yenilik

İspaniyalı gəncdən maraqlı yenilik

24 Sentyabr 2018, 20:16

Qohumları Altsheymer xəstəliyindən əziyyət çəkən David Vidal Andres adlı 27 yaşlı ispaniyalı “Cuidum Purple” şirkəti ilə birlikdə dünyada yeganə Altsheymer “tərcüməçisi” yaradıb.

 

Modern.az “Azərtac”a istinadən xəbər verir ki, Altsheymerin əlamətləri nəticəsində xəstələr və onlara baxanlar arasında münaqişə yarandığı mürəkkəb psixoloji anda “tərcüməçi”nin köməyindən istifadə etmək olar.

 

Məsələn, əgər yaşlı ana oğlunu tanımırsa və onun kim olduğunu soruşursa, “tərcüməçi” ona məlumat verir və unutqanlığının səbəbinin xəstəliklə əlaqəli olduğunu xatırladır.

 

Bu əlavəni “Google”da yükləmək, ondan smartfon və planşet vasitəsilə ödənişsiz istifadə etmək olar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi