Modern.az

BMT İranda azərbaycanlılara qarşı təzyiqlərlə bağlı hesabat yaydı

BMT İranda azərbaycanlılara qarşı təzyiqlərlə bağlı hesabat yaydı

24 Sentyabr 2018, 20:32

Birləşmiş Millətlər Təşkilatı İranda azərbaycanlılara qarşı edilən təzyiqlərlə bağlı hesabat yayıb. Modern.az yerli mediaya istinadən xəbər verir ki, BMT-nin 73-cü rəsmi iclasında “İranda insan haqlarının durumu” adlı 77 bəndlik hesabatın 57-ci bəndində Güney Azərbaycan problemlərinə toxunulub.

 

Hesabatda İranda insan hüquqları pozuntuları, ana dilində təhsilə qoyulan qadağa və azərbaycanlı fəallara qarşı təzyiqlərə işarə edilib: “İran dövlətinin açıqlamasına görə, ölkə Konstitusiyasının 13, 19 və 20-ci maddələrinə uyğun olaraq İran vətəndaşlarının hüququ məzhəb və milli kimliyindən asılı olmayaraq təmin olunur. Lakin 2018-ci ilin başlanğıcından BMT-yə ayrı-seçkiliyə aid çoxsaylı raportlar daxil olub. Raportlar əsasən milli və məzhəbi ayrı-seçkiliyi əks etdirir. Ayrı-seçkilik halları universitet və iş imkanlarından məhrum olmaq, əsas xidmətlər, o cümlədən səhiyyə sahəsində tətbiq edilən ayrı-seçkilik, hökumət işlərinə götürməmək, orta məktəbdə ana dili qadağaları, öz mədəniyyətlərindən uzaq tutulmaq və s.-ni əhatə edir. İran İslam Cümhuriyyəti həmçinin ölkə Konstitusiyasının 15-ci maddəsi və Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 27-ci maddəsini icra etməkdən imtina edir. BMT-nin Ali Komissarlığına bəhai və Azərbaycan türklərinə qarşı ayrı-seçkiliklərə dair əlavə raportlar da daxil olub. Müşahidələr göstərir ki, İranda siyasi məhbusların əksəriyyəti, həmçinin təhlükəsizlik və siyasi ittihamlarla edam olunanların bir çoxu milli azlıqların nümayəndəsidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir