Modern.az

Nobel mükafatı laueratına ADU-nun fəxri doktoru adı verildi (FOTOLAR)

Nobel mükafatı laueratına ADU-nun  fəxri doktoru adı verildi (FOTOLAR)

Mədəni̇yyət

12 Oktyabr 2011, 16:10

Oktyabrın 12-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) universitetin rektoru, professor Səməd Seyidov Nobel mükafatı laureatı, yazıçı Vidiadxar Suracprosad Naypolu qəbul etdi. Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak edirdi. Qonağı salamlayan rektor onu universitetdə görməkdən məmnun olduğunu bildirdi. S. Seyidov qeyd etdi ki, Nobel mükafatı laureatı, yazıçı Vidiadxar Suracprosad Naypol oktyabr ayının 11-12-də “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Bakıda keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycana gəlib.
“Naypol ədəbiyyata yeni yanaşmalar gətirən bir şəxsdir” deyən rəhbərlik etdiyi universitet haqqında qonağa məlumat verdi. Bildirdi ki, ADU-da 5000 tələbə təhsil alır və burada 14 dil tədris olunur. Bununla bərabər, həmin ölkələrin mərkəzləri də ADU-da fəaliyyət göstərir. Rektor qonağa İnformasiya Resurs Kompleksinin fəaliyyətindən söz açdı. Daha sonra rektor ADU-nun Tədris işləri üzrə prorektoru Natiq Yusifov Naypolun həyatı haqqında tədbir iştirakçılarına məlumat verdi. O dedi: “Vidiadxar Naypol 1950-ci ildə İngiltərənin хeyriyyə fondlarından aldığı təqaüd hesabına Oksford universitetinə daхil olub. O, "Sirli masajçı", "Əldəqayırma", "Partizanlar" romanlarının müəllifidir. Naypolun roman, povest və hekayələrinin dəyişməz mövzusu var. Bu mövzu insanların yeni şəriatə uyğunlaşmaq uğrunda apardıqları mübarizənin təsvirini əks etdirir”.

Daha sonra rektor ADU-nun Elmi Şurasının qərarı ilə Naypola universitetin fəxri doktoru adını təqdim etdi.

Nobel mükafatı laureatı, yazıçı Vidiadxar Suracprosad Naypol isə öz növbəsində xarici dil bilməyin əhəmiyyətini vurğuladı. Rektora təşəkkür edən Nobel mükafatı laueratı ADU-da olduğundan məmnunluğunu dilə gətirdi.

Sonda universitetin professor-müəllim heyəti qonaqla xatirə şəkli çəkdirdi.

Qeyd edək ki, Naypol Buker mükafatı alan ilk Britaniya hindistanlısıdır və həmin mükafata 1971-ci ildə "Azad ölkədə" romanına görə layiq görülmüşdür.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu