Modern.az

FIFA 2018-ci ilin ən yaxşılarını müəyyənləşdirdi - VİDEO

FIFA 2018-ci ilin ən yaxşılarını müəyyənləşdirdi - VİDEO

24 Sentyabr 2018, 23:42

Bu gün İngiltərənin paytaxtı Londonda FIFA-nın "The Best" mükafatının qalibləri açıqlanıb. Modern.az xəbər verir ki, tədbirdə əvvəlcə 2018-ci ilin ən yaxşı qolunun müəllifi müəyyənləşib.

 

Bu, İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salahdır. Misirli yarımmüdafiəçi "Everton"la matçda vurduğu qola görə mükafatlandırılıb.

 

Daha sonra ən yaxşı baş məşqçinin adı məlum olub. Bu, Fransa milli komandasına rəhbərlik edən Didye Deşamdır. Deşamın rəhbərliyi altında yığma dünya çempionu olub. O, İspaniya "Real Madrid"inə Çempionlar Liqasını qazandırmış Zinəddin Zidanı və Xorvatiya yığmasını dünya çempionatında finala çıxarmış Zlatko Daliçi üstələyib.

 

Madridin "Real" klubu və Belçika yığmasının qapıçısı Tibo Kurtua 2018-ci ilin ən yaxşı qolkiperi seçilib. O, bu titul uğrunda mübarizədə Uqo Lyoris (Fransa, "Tottenhem") və Kasper Şmeyheli (Danimarka, "Lester") qabaqlayıb.

 

Kurtua Belçika yığma komandasının heyətində DÇ-2018-in bürünc medalını qazanıb, həmçinin turnirin yekununda ən yaxşı qapıçı seçilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır