Modern.az

GUAM məkanındakı münaqişələrin həlli müzakirə edildi

GUAM məkanındakı münaqişələrin həlli müzakirə edildi

25 Sentyabr 2018, 00:16

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində keçirilmiş GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib. XİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasın yekununda, “GUAM-Yaponiya Mətbuat Açıqlaması” qəbul edilib. Mətbuat açıqlamasında tərəflər BMT Nizamnaməsində əks olunan prinsiplər də daxil olmaqla, beynəlxalq hüququn hamılıqla qəbul edilən norma və prinsiplərini bir daha təsdiq ediblər və GUAM məkanındakı münaqişələrin suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsipləri əsasında tezliklə həllinə yönəlik beynəlxalq səylərinin əhəmiyyətini vurğulayıblar.

 

Həmçinin, tərəflər regional və regionlararası müstəvilərdə sülh, təhlükəsizlik və sabitliyin təmin olunması məqsədi daşıyan genişləndirilən GUAM-Yaponiya əməkdaşlığının mühüm əhəmiyyətini vurğuladılar və əlaqələrini gələcəkdə daha da genişləndirmək və möhkəmləndirməyə davam edəcəkləri öhdəliklərini bir daha təsdiq ediblər.

 

Hər iki tərəf yalnız GUAM-Yaponiya əməkdaşlığı üzrə deyil, həmçinin bir sıra regional və qlobal məsələlər üzrə yüksək səviyyəli dialoqu qoruyub saxlamağa maraqlı və hazır olduqlarını bir daha təsdiq ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır