13 dekabr 2018, Cümə axşamı
Ana Səhifə - GÜNDƏM - Elmar Məmmədyarov bəyanat verdi: “Bəzi vəzifələr yenidən bölüşdürülə bilməz!”
Elmar Məmmədyarov bəyanat verdi: “Bəzi vəzifələr yenidən bölüşdürülə bilməz!”
25.09.2018, 09:42

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Nazirlər Şurasının qeyri-rəsmi görüşündə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyanatla çıxış edib. Modern.az saytı Azərbaycan XİN rəhbərinin bəyanatını olduğu kimi təqdim edir:


- Hörmətli cənab Sədr, 

Hörmətli cənab Baş katib, 

Zati-aliləri, hörmətli nümayəndə heyətləri, 


Öncə, Nazirlər Şurasının qeyri-rəsmi görüşünün bütün iştirakçılarına salamlarımı və bu tədbirin təşkil edilməsində səylərinə görə İƏT Katibliyinə və Şuramızın hazırkı sədri Tacikistana minnətdarlığımı bildirmək istərdim. Həqiqətən də təqdirəlayiq haldır ki, gərgin iş qrafikimiz arasında burada Nyu-Yorkda bir araya gəlmək üçün vaxt tapdıq. Bu bir daha təşkilatımız çərçivəsində ortaq perspektivlərimizin vacibliyini göstərir. 

Görüşümüz təbiətcə qeyri-rəsmi olduğundan, mən bəyanatdan daha çox bir sıra vacib qeydlər bildirmək istərdim.
 

İlk növbədə, ümumi mənzərə haqqında. Regionumuzda və onun ətrafında son hadisələr xalqlarımız arasında daha sıx regional əməkdaşlığı inkişaf etdirmənin vacibliyini bir daha sübut etdi. Bu xüsusda İƏT-in unikal rolu danılmazdır. İƏT-in fəal üzv dövlətlərindən biri kimi Azərbaycan Respublikası təşkilatın əsas məqsəd və vəzifələrini həmişə dəstəkləmiş və nəqliyyat, enerji, ticarətin asanlaşdırılması və sair sahələrdə regional sinerji və müxtəlif tərəfdaşlıq çərçivələrinin genişləndirilməsi istiqamətində xüsusi fəaliyyətlər formasında əhəmiyyətli töhfə vermişdir.

 

İqtisadiyyat və ticarət haqqında danışarkən, nəqliyyat və bağlılıq məsələsi göz önünə gəlir. Həm istehsalçı, bazar, həm də nəqliyyat dəhlizi kimi regionun rəqabətliliyinin artırılması məqsədilə regional infrastrukturun inkişafı adekvat şəkildə həll edilməlidir.

 

Nəqliyyat imkanları İƏT regionunun vacib strateji rəqabət üstünlüyüdür. Ələlxüsus yol və dəmir yolu sektorunda bağlılığımızın genişləndirilməsi istiqamətində əməkdaşlığımız olduqca vacibdir.

 

Azərbaycan nəqliyyat sistemini və xidmətləri iqtisadiyyatın əsas müqayisəli üstünlüklərindən birinə çevirərək özünün tranzit və logistika potensialını daha da genişləndirmək niyyətindədir. Biz bu vəzifənin artan effektinə qəti şəkildə inanırıq və bu səbəbdən biz bunu regional miqyasda layihələşdirmək istərdik. Bununla yanaşı, Azərbaycan Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin qarşılıqlı əlaqəsinə xidmət edəcək nəqliyyat infrastrukturunun modernləşdirilməsinin və diversifikasiya edilməsinin üzərində işləyir. Bundan başqa, ölkəmizdəki bütün nəqliyyat marşrutlarının konvergensiya nöqtəsi olan yeni Beynəlxalq Dəniz Ticarəti Limanı və onun Beynəlxalq Logistika Mərkəzinin tikintisi, Ələtdə azad iqtisadi zona ilə bağlı qanunun qəbulu region ölkələrinin tranzit qabiliyyətinin və beynəlxalq ticarət dəhlizlərinin rəqabətliliyini əhəmiyyətli dərəcədə artıracaqdır. Biz ticarət imkanları ilə bir-birimizə yardım etməliyik.

 

Buna görə də, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin təşviqi vasitəsilə İƏT regionunun tranzit potensialının artırılmasına töhfə verməkdədir. Azərbaycan və Türkiyə keçən il istifadəyə verilmiş və bütün İƏT üzv dövlətləri faydalanmaqla Çini Avropaya daha da yaxınlaşdıran strateji Bakı-Tbilisi-Qars dəmir yolunun iki vacib son məntəqələridir.

 

Həmçinin biz strateji məqsədi regionumuzda bir sıra ölkələrin qarşılıqlı şəkildə maraqlarını gücləndirmək olan Lapis-Lazuli nəqliyyat marşrutu vasitəsilə Avropa və Mərkəzi Asiya arasında davamlı logistikanın qurulması məqsədilə Əfqanıstan, Türkmənistan, Gürcüstan və Türkiyədəki tərəfdaşlarımızla işləyirik. Biz inanırıq ki, İƏT dəmiryol şəbəkəsinin əlaqələndirilməsi və bölgənin birgə dəmiryol infrastrukturunun inkişafı üzrə addımların atılması İƏT gündəliyinin prioritet məsələlərindən biri olmalıdır. İnanırıq ki, Şimal-Qənub Nəqliyyat Dəhlizinin çatışmayan və vacib halqası olan Qəzvin-Rəş-Astara (İran)-Astara (İran) layihəsinin erkən başa çatdırılması iqtisadi inkişafa yeni təkan verəcək, cəlb olunmuş ölkələrin, eləcə də bütün regionun nəqliyyat imkanlarını genişləndirəcəkdir.

 

Hörmətli həmkarlar,

 

Yenilənmiş İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) infrastrukturu olmadan müasir cəmiyyətlər rəqabətə davamlı ola bilməzlər. İKT qarşılıqlı uzlaşmanın ayrılmaz tərkib hissəsidir və fəxr edirəm ki, Azərbaycan, həmçinin müvafiq regional layihələrin inkişaf etdirilməsinə fəal cəlb olunmuşdur. Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) bunun bariz nümunəsidir.

 

Azərbaycan İƏT regionunda İKT əməkdaşlığının inkişafına sadiqdir və bu sektorda regional əməkdaşlığı asanlaşdırmaq istiqamətində səylərinin davamı olaraq Azərbaycan 2017-ci ildə müvafiq nazirlərin görüşünü təşkil etdi. Əminəm ki, nazirlərin müzakirələrinin nəticəsi İKT sahəsində ortaq məqsədlərə nail olunmasına töhfə verəcəkdir.

 

Enerji əməkdaşlığı regional əməkdaşlıq proseslərinin əsasını təşkil edir. Bütün bunlar Azərbaycan yeni enerji strategiyası və enerji əməkdaşlığına yeni baxışla ortaya çıxdıqda başladı. Azərbaycan daha geniş regionda enerji təhlükəsizliyinin təmin edilməsində vacib tərəfdaş oldu. Biz boru kəməri infrastrukturunun diversifikasiyasının pioneri olduq; biz Xəzər, Qara və Aralıq dənizlərini əlaqələndirdik. Bugün Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əməkdaşlığın əsl ruhunun simvolu olaraq qalır. Hazırda biz Trans-Adriatik boru kəmərindən (TAP) və Trans-Anadolu boru kəmərindən (TANAP) ibarət Cənub Qaz Dəhlizinin üzərində çalışırıq. Biz 2020-ci ilə qədər Şahdəniz yatağından qazımızı Aİ-yə çatdırmağı planlaşdırırıq. Bu enerji layihələrinin reallaşması enerji resurslarını diversifikasiya edəcək, eləcə də region daxilində və onun hüdudlarından kənarda enerji təminatını və nəqlini artıracaqdır.

 

Hörmətli həmkarlar,

 

Təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi uğurlu cəmiyyət və regional əməkdaşlığın qurulması baxımından vacib komponentdir. Təəssüf ki, son görüşümüzdən bəri regionda sabitlik və təhlükəsizlik daha da həssas olmuş, yeni münaqişə ocaqları peyda olmuş və regionun inkişafının perspektivləri ciddi şəkildə pozulmuşdur.

 

Təəssüflər olsun ki, Ermənistan regional təhlükəsizliyi və sabitliyi təhlükə altına almaqla, eləcə də tam miqyaslı regional əməkdaşlığa maneə törətməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin 20 faizinin işğalını davam etdirir. Ermənistan təcavüzkar siyasətində daha da irəli gedərək indi də işğal olunmuş Azərbaycan ərazilərində biznes, ticarət və sərmayələr cəlb etmək vasitəsilə qanunsuz işğala digər ölkələri cəlb etmək cəhdi göstərir.

 

Əməkdaşlığımız üçün çox vacibdir ki, bütün ölkələr Ermənistanın belə niyyətlərindən xəbərdardırlar və işğal olunmuş Azərbaycan torpaqlarında hər hansı növ sosial, iqtisadi və mədəni cəlbolunmalardan imtina edirlər. Mən bütün İƏT üzv dövlətlərini Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarında və ya oradakı rejimlə ticarət, iqtisadi və sərmayə fəaliyyətlərinə cəlb olunmaq ilə bağlı hər hansı cəhdlərin qarşısını almağa çağırıram.

 

Erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması və qaçqınların və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışının təmin edilməsi təkcə Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə töhfə verməyəcək, həmçinin geniş miqyaslı region daxili əməkdaşlığı möhkəmləndirəcəkdir.

 

Bu nəqliyyat və ticarət məsələlərimizə nə daxildir? Bu vəzifələr üzrə bizi nə istiqamətləndirə bilər? Belə ki, biz İslamabaq Sammiti Bəyannaməsini, ən son isə Düşənbə Kommunikesini qəbul etmişik. Çıxışımda qeyd etdiyim bütün məsələlər orada əks olunub. Bizim sadəcə onlara fikir verməyimizə ehtiyac yoxdur, faktiki olaraq biz onları reallığa çevirməliyik.

 

Daha bir qeyd olunmalı məqam, yeni baş katibimiz Dr. Hadi Süleymanpura katibliyə başçılıq etdiyinə görə ən səmimi təbriklərimi çatdırmaq istərdim. İnanıram ki, təşkilatın nəyə can atmalı olduğu ilə çıxışımda qeyd etdiyim məqamlar sizin baxışınızda ehtiva olundu. Sizin mineral resurslar, biomüxtəliflik və inkişaf məsələləri ilə bağlı mükəmməl biliyə malik olmağınız barədə xəbərdarıq. Nəqliyyat, ticarət, enerji və ya istənilən başqa şey olmasından asılı olmayaraq, sizin bacarıq və bilik sahələriniz İƏT-də daha çox layihələrə və nəticələrə cəlb olunmaq üçün çox vacib olacaqdır.

 

Sizi əmin etmək istərdim ki, Azərbaycan həmişə Katiblikdə işləməyə mütəxəssisləri cəlb etmişdir və tezliklə də bunu yenidən edəcəyik. Azərbaycan hər zaman üzvlük haqqını vaxtında ödəmiş və düşünür ki, İƏT-də maliyyə qaydaları və intizamı qorunub saxlanılmalıdır. Biz hamımız İƏT-də qardaşlarıq və güclü tərəfdaşlarıq və başa düşürəm ki, bir sıra istisnalar ola bilər, lakin maliyyə nizamı katiblikdə bəzi vəzifələrin yenidən bölüşdürülməsi və ya sövdələşmə məsələsi ola bilməz.

 

Yekunda sizlərə iclasda uğurlar arzulamaq və bu tədbirin təşkilatçılarına bir daha təşəkkür etmək istərdim.

 

Təşəkkür edirəm.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Rusiya Ermənistana satdığı qazın qiymətini artıracaq
13.12.2018, 12:42

Rusiya Ermənistana satdığı qazın qiymətini artıracaq

“Azərpoçt”dan oyun aparatları OĞURLANDI
13.12.2018, 12:37

“Azərpoçt”dan oyun aparatları OĞURLANDI

Quldurluq edən tutuldu
13.12.2018, 12:20

Quldurluq edən tutuldu

2018-ci ilin iqtisadi HADİSƏLƏRİ - Uğurlar, problemlər və təkliflər...   
13.12.2018, 12:20

2018-ci ilin iqtisadi HADİSƏLƏRİ - Uğurlar, problemlər və təkliflər...  

Sloveniyada Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək
13.12.2018, 12:13

Sloveniyada Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

2018-in yadda qalan idman hadisələri - Ərdoğanı qürurlandıran azərbaycanlı, sponsor dərdi çəkən şahmatçımız...
13.12.2018, 12:11

2018-in yadda qalan idman hadisələri - Ərdoğanı qürurlandıran azərbaycanlı, sponsor dərdi çəkən şahmatçımız...

Yalandan “3 bomba qoyulub” deyən şəxs saxlanıldı
13.12.2018, 11:59

Yalandan “3 bomba qoyulub” deyən şəxs saxlanıldı

Rusiyada İŞİD-i maliyyələşdirən 7 nəfər saxlanıldı
13.12.2018, 11:49

Rusiyada İŞİD-i maliyyələşdirən 7 nəfər saxlanıldı

Prezident 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə 
13.12.2018, 11:48

Prezident 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə 

Nazirlik bayram yarmarkası ilə bağlı YENİLİK etdi 
13.12.2018, 11:48

Nazirlik bayram yarmarkası ilə bağlı YENİLİK etdi 

Neftçalada cari ilin epizootik tədbirləri yekunlaşır
13.12.2018, 11:46

Neftçalada cari ilin epizootik tədbirləri yekunlaşır

Ankarada qatar qəzası - 9 ölü, 46 yaralı - YENİLƏNİB   
13.12.2018, 11:42

Ankarada qatar qəzası - 9 ölü, 46 yaralı - YENİLƏNİB  

Özəl tibb kinikalarında vergi yoxlamaları aparılıb - Nazirlik ciddi nöqsanlardan XƏBƏR VERDİ
13.12.2018, 11:39

Özəl tibb kinikalarında vergi yoxlamaları aparılıb - Nazirlik ciddi nöqsanlardan XƏBƏR VERDİ

Nadir Qafarzadənin 100 min manatını OĞURLADILAR
13.12.2018, 11:20

Nadir Qafarzadənin 100 min manatını OĞURLADILAR

Qarabağ separatçılarının hərbi rəhbərliyi istefaya göndərilib?
13.12.2018, 11:11

Qarabağ separatçılarının hərbi rəhbərliyi istefaya göndərilib?

Ermənistan rəsmisi Bakıya gəlir
13.12.2018, 11:07

Ermənistan rəsmisi Bakıya gəlir

Daşınmaz əmlak kreditləri manatla veriləcək   
13.12.2018, 11:04

Daşınmaz əmlak kreditləri manatla veriləcək  

Pentaqondan Ankaraya XƏBƏRDARLIQ
13.12.2018, 10:54

Pentaqondan Ankaraya XƏBƏRDARLIQ

Azərbaycanda dollar kreditlərinin verilmə qaydası DƏYİŞDİ   
13.12.2018, 10:48

Azərbaycanda dollar kreditlərinin verilmə qaydası DƏYİŞDİ  

“UNEC-dən dünyaya” – tələbələr danışır...
13.12.2018, 10:48

“UNEC-dən dünyaya” – tələbələr danışır...

15 yaşlı qızı evlənmək məqsədi ilə qaçırdılar
13.12.2018, 10:42

15 yaşlı qızı evlənmək məqsədi ilə qaçırdılar

Azərbaycan nefti bahalaşdı
13.12.2018, 10:41

Azərbaycan nefti bahalaşdı

Tahir Salahovun yubiley sərgisi keçiriləcək
13.12.2018, 10:41

Tahir Salahovun yubiley sərgisi keçiriləcək

Qanunsuz ov edənlər saxlanıldı
13.12.2018, 10:37

Qanunsuz ov edənlər saxlanıldı

Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq olimpiadada iştirak ediblər
13.12.2018, 10:37

Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq olimpiadada iştirak ediblər

Kapital Bank-da “Könüllülər”in məzun günü keçirilib   
13.12.2018, 10:35

Kapital Bank-da “Könüllülər”in məzun günü keçirilib  

Sabunçuda 30-dan çox sürücü cərimələndi
13.12.2018, 10:24

Sabunçuda 30-dan çox sürücü cərimələndi

Lavrov bu gün Bakıya gəlir
13.12.2018, 10:05

Lavrov bu gün Bakıya gəlir

Daha 1115 şəhidin vərəsəsinə birdəfəlik ödəmə qərarı verildi
13.12.2018, 09:40

Daha 1115 şəhidin vərəsəsinə birdəfəlik ödəmə qərarı verildi

Sünnət toyları...   
13.12.2018, 09:35

Sünnət toyları...  

Ermənilər kəndlərimizi atəşə tutdu
13.12.2018, 09:18

Ermənilər kəndlərimizi atəşə tutdu

16 yaşlı qız itkin düşüb   
13.12.2018, 08:54

16 yaşlı qız itkin düşüb  

Tereza Meyi istefaya göndərə bilmədilər   
13.12.2018, 08:41

Tereza Meyi istefaya göndərə bilmədilər  

“Qarabağ” bu gün AvroLiqada son oyununa çıxır
13.12.2018, 08:24

Qarabağ” bu gün AvroLiqada son oyununa çıxır

Çempionlar Liqasında bütün 1/8 finalçılar bəlli oldu - SİYAHI
13.12.2018, 08:21

Çempionlar Liqasında bütün 1/8 finalçılar bəlli oldu - SİYAHI

Sərkərdə Teymurun ABŞ-da yaşayan adaşı...
13.12.2018, 08:09

Sərkərdə Teymurun ABŞ-da yaşayan adaşı...

Manat günə bu MƏZƏNNƏ ilə başladı
13.12.2018, 08:08

Manat günə bu MƏZƏNNƏ ilə başladı

Gürcüstan parlamentində büdcə ilə bağlı səsvermə baş tutmayıb
13.12.2018, 00:54

Gürcüstan parlamentində büdcə ilə bağlı səsvermə baş tutmayıb

Qurban Qurbanovun Londondakı mətbuat konfransına cəmi 3 jurnalist gəlib - FOTO
13.12.2018, 00:33

Qurban Qurbanovun Londondakı mətbuat konfransına cəmi 3 jurnalist gəlib - FOTO

Bərdədə avtomobil 13 yaşlı məktəbli qızı vurdu
13.12.2018, 00:14

Bərdədə avtomobil 13 yaşlı məktəbli qızı vurdu

Çempionlar Liqası 6-cı tur – “MOİK” “Real”ı Madriddə darmadağın etdi
13.12.2018, 00:00

Çempionlar Liqası 6-cı tur – “MOİK” “Real”ı Madriddə darmadağın etdi

Ərdoğan Suriyada yeni hərbi əməliyyatların anonsunu Verdi
12.12.2018, 23:41

Ərdoğan Suriyada yeni hərbi əməliyyatların anonsunu Verdi

Mingəçevirdə sərnişin avtobus sürücüsünü döydü
12.12.2018, 23:23

Mingəçevirdə sərnişin avtobus sürücüsünü döydü

Azərbaycan nefti ucuzlaşır
12.12.2018, 23:09

Azərbaycan nefti ucuzlaşır

Sabunçuda 3 otaqlı ev yanıb
12.12.2018, 22:48

Sabunçuda 3 otaqlı ev yanıb

Azərbaycanda qızıl ucuzlaşıb
12.12.2018, 22:34

Azərbaycanda qızıl ucuzlaşıb

Trampın keçmiş vəkili həbs edildi
12.12.2018, 22:19

Trampın keçmiş vəkili həbs edildi

Bakı-Quba yolunda piyadanı maşın vuraraq öldürüb
12.12.2018, 22:05

Bakı-Quba yolunda piyadanı maşın vuraraq öldürüb

Braziliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
12.12.2018, 21:43

Braziliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Fransada 720 polis əməkdaşı bir şübhəlinin axtarışı ilə məşğuldur
12.12.2018, 21:30

Fransada 720 polis əməkdaşı bir şübhəlinin axtarışı ilə məşğuldur

ARXİV