Modern.az

Erməni kəşfiyyatçı: “Elə silahlar var ki, onlar yalnız Azərbaycan və İsraildədir”

Erməni kəşfiyyatçı: “Elə silahlar var ki, onlar yalnız Azərbaycan və İsraildədir”

25 Sentyabr 2018, 09:44

“İsrail və Azərbaycan arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir. Hətta elə pilotsuz təyyarələr var ki, yalnız İsrail və Azərbaycandadır”.

Modern.az saytının məlumatına görə, bunu 1in.am analitik portalına müsahibəsində Ermənistanın veteran kəşfiyyatçısı Vova Vordanov İsrailin müdafiə naziri Aviqdor Libermanın Azərbaycana səfərini şərh edərkən bildirib.


Onun sözlərinə görə, Azərbaycanla İsrail arasında yeni silahların tədarükünə dair saziş bağlana bilər.

Qeyd edək ki, bir müddət öncə İsrailin müdafiə naziri Aviqdor Liberman Bakıya səfər etmişdi. O səfər çərçivəsində Prezident İlham Əliyevin qəbulunda olub və müdafiə naziri Zakir Həsənovla görüşüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər