Modern.az

İsmayıllıda əməliyyat keçirildi: Külli miqdarda narkotik dövriyyədən çıxarıldı - FOTO 

İsmayıllıda əməliyyat keçirildi: Külli miqdarda narkotik dövriyyədən çıxarıldı - FOTO 

25 Sentyabr 2018, 09:56
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
 
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə sentyabrın 23-də İsmayıllı RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Anar Zeynalov saxlanılıb. Keçirilmiş tədbirlərin davamı olaraq onun rayonun Keşqurt kəndində yaşadığı evə də baxış keçirilib. Oradan çəkisi 4 kq 240 qr olan qurudulmuş marixuana, 4 ədəd narkotik tərkibli çətənə bitkiləri və 12 ədəd ümumi təmiz çəkisi 3 kq 430 qr olan eyniadlı bitkinin hissələri aşkar edilərək götürülüb.
 
Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi