Modern.az

ATƏT sərhəddə monitorinq keçirəcək

ATƏT sərhəddə monitorinq keçirəcək

25 Sentyabr 2018, 10:13

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 26-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Gədəbəy rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə Modern.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Mixail Olaru keçirəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır