Modern.az

Trampla Makronun arası dəyib

Trampla Makronun arası dəyib

25 Sentyabr 2018, 11:54

ABŞ prezidenti Donald Trampla Fransa prezidenti Emmanuel Makronun münasibətləri pisləşib.

 

Modern.az “Associated Press” nəşrinə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının 73-cü qurultayının keçirildiyi Nyü Yorkda görüşləri zamanı qucaqlaşmaqdan imtina etmələri buna bariz nümunə olub.

 

Bu iki ölkə lideri üçün görünməyən hadisədir. Onlar hər dəfə görüşərkən öz münasibətlərini sanki hər kəsə göstərirlərmiş kimi qucalaşır və gülümsəyirdilər.

Bu dəfəki görüşdə isə sadəcə əl sıxışaraq gülümsəməkləri diqqət çəkib.

 

Bununla belə nəşr onların hələ də mehriban göründüklərinə diqqət çəkərək münasibətlərin sıx dostluq əlaqələri çərçivəsindən adi səviyyəyə gəldiyini vurğulayib.

Münasibətlərin soyumasına səbəb isə Trampın rüsumları ola biləcəyi düşünülür. Belə ki, ABŞ prezidenti Donald Tramp müttəfiqlər də daxil bütün ölkələrə qarşı rüsumlar tətbiq edərək onların qəzəbinə səbəb olub.

 

Qeyd edək ki, nəşr bir ay əvvəl Makronun Trampa qarşı münasibətini dəyişdiyini qeyd edib. Bu dəfə ki, görüş isə bunu sübut edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi