Modern.az

Şadlıq evinin sanitar qovşağından meyit tapıldı

Şadlıq evinin sanitar qovşağından meyit tapıldı

25 Sentyabr 2018, 12:23
Zaqatala rayonunda şadlıq evinin sanitar qovşağından kişi meyiti tapılıb.
 
Modern.az report-a istinadən xəbər verir ki, meyit bu gün səhər saatlarında, rayonun Göyəm kəndi ərazisində fəaliyyət göstərən "Aişə" şadlıq sarayının sanitar qovşağında aşkar edilib.
 
İlkin araşdırma zamanı meyitin rayonun Abaylı kənd sakini, 1957-ci il təvəllüdlü Kamil Mehdi oğlu Kostiyevə məxsus oldğu məlum olub. Mərhum həmin şadlıq sarayında gözətçi vəzifəsində çalışırmış. Üzərində zorakalıq əlamətləri olmayan K.Kostiyevin ürəktutmasından öldüyü ehtimal edilir.
 
Faktla bağlı araşdırma aparılır.
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir