Modern.az

Qida Təhlükəsizliyi Agentliyi kərə yağı satışını YOXLAYIB  

Qida Təhlükəsizliyi Agentliyi kərə yağı satışını YOXLAYIB  

Aktual

25 Sentyabr 2018, 13:25

Kərə yağı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) şikayət daxil olub. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, AQTA-nın mətbuat xidmətindən bildirilib.

Rəsmi məlumata görə, şikayət əsasında yoxlamalar aparılıb:

“Araşdırmalar nəticəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər həyata keçirilib.

Məlumat üçün bildiririk ki, süd və süd məhsullarının istehsalı və satışı ilə məşğul olan müəssisələrdə tərəfimizdən mütəmadi olaraq monitorinqlər həyata keçirilir”.

İstehlakçılar digər bütün qida məhsulları kimi duru və kərə yağlarının keyfiyyətilə bağlı şikayət olduğu təqdirdə, Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...