Modern.az

Almaniya İranla nüvə razılaşmasının saxlanılmasını istəyir

Almaniya İranla nüvə razılaşmasının saxlanılmasını istəyir

Dünya

25 Sentyabr 2018, 13:28

Almaniya digər iştirakçı ölkələri İranla nüvə razılaşmasının saxlanmasına çağırıb.

 

Modern.az xəbər verir ki, Almaniya xarici işlər naziri Hayko Maak öz “Twitter” səhifəsində bu müqavilənin yaxın şərqdə və Avropada təhlükəsizliyin təminatı olduğunu bildirib.

 

“Söz yox ki, atom üzrə Vena razılaşması regionda və Avropada yüksək təhlükəsizliyi təmin edir. Uzun illər davam edən gərgin əməyin nəticəsi olan saxlamaq daha düzgün olardı” – Maak yazıb.

O, sanksiyaları diqqətə çəkərək “birgə beynəlxalq dəstəyin” gərək olduğunu söyləyib.

 

Nazirin sözlərinə görə ABŞ-ın sanksiyalarına baxmayaraq İranla ticarəti davam etdirmək lazımdır.

Qeyd edək ki, bazar ertəsi BMT Baş Assambleyasının 73-cü Qurultayı çərçivəsində İranla bağlı nazirlərin görüşü təşkil edilib. Görüşdə tərəflər İranla ticarəti davam etdirmək və sanksiyaları aşmaq üçün birgə bəyannamə imzalayıblar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi