Ermənistanın paytaxtı Yerevanda xəstəxanada partlayış baş verib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, paytaxtın Müqəddəs Qriqori xəstəxanasında oksigen balonunun partlaması nəticəsində 1 nəfər ölüb.
Ölən şəxsin 1978-ci il təvəllüdlü xəstəxanada oksigen balonlarının quraşdırılması üzrə çalışan kişi olduğu bildirilir.